Oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 32 min 782, yaralıların sayı isə 75 min 298-ə yüksəlib.
İsrail ordusu 177 gündür Qəzza zolağına hücumlarını davam etdirir.
Elchi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin son 24 saatda Qəzza zolağına 8 hücum təşkil etdiyi, 77 fələstinlinin həyatını itirdiyi, 108 nəfərin yaralandığı bildirilib.
Hücumların başladığı 7 oktyabrdan bu yana Qəzza zolağında ölənlərin sayının 32 min 782, yaralıların sayının isə 75 min 298-ə yüksəldiyi bildirilib.
Nuranə Məmmədova