ABŞ dövlət katibi Antoni Blinken Kiyevə gəlib ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya uğurla müqavimət göstərmək görüntüsü yarada bilsin. Elchi.az xəbər verir ki, bu fikri Amerika Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Toni Şaffer “Real Americas Voice” “YouTube” kanalına müsahibəsində deyib.
“Aydındır ki, əks-hücum üçün pul xərcləyən Blinken, Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı bu uğursuzluğunu ört-basdır etmək üçün heç olmasa nəsə etməyə çalışır. Bunun işə yarıyacağına düşünmürəm” – deyə Shaffer qeyd edib.
Qeyd edək ki, Blinken həmçinin Ukraynaya 1 milyard dollarlıq yeni yardım paketi açıqlayıb ki, bunun da 665,5 milyon dolları hərbi və mülki müdafiə sistemlərinə yönəldiləcək.
Havar Şəfiyeva