Belarusun 118 regionunda vətəndaşların meşəyə gediş-gəlişinə məhdudiyyətlər qoyulub. Elchi.az xəbər verir ki, bu barədə ölkənin Meşə Təsərrüfatı Nazirliyinin” saytında məlumat verilib.
Rayon İcra Hakimiyətinin dərc etdiyi sənədlərə əsasən, meşə təsərrüfatı ilə məşğul olan hüquqi şəxslərin və aidiyyəti orqanların nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri meşə ərazisinə daxil ola bilməz. Həmçinin orada meşə təsərrüfatı ilə bağlı olmayan işlər görülə bilməz.
Eyni zamanda, ölkənin altı rayonunda meşəyə getməyə tam qadağa tətbiq edilib. Bunu baş verəcək yanğınlar qarşı görülən təhlükəsizlik tədbirləri ilə əlaqələndirirlər.
Havar Şəfiyeva