AMB depozit hərracının büdcəsini 50% artırdı

🗓 27.03.2017 10:42 ✍️ "Elçi" qəzeti
AMB depozit hərracının büdcəsini 50% artırdı
AMB depozit hərracının büdcəsini 50% artırdı Azərbaycan Mərkəzi Bankı (AMB) depozit hərracı vasitəsilə cəlb etmək istədiyi vəsaitin həcmini 50% artırıb. Bu barədə AMB xəbər verir. Belə ki, qurum bu gün keçirəcəyi depozit hərracında 300 mln. manat vəsait cəlb etmək niyyətindədir. Halbuki, bu rəqəm martın 17-də keçirilmiş son hərracda 200 mln. manat olub. AMB-nin depozit hədəfinə yenidən baxması son hərracda tələbin təklifdən 37,5% çox – 275 mln. manat olması ilə bağlıdır. Elchi.az

Bənzər yazılar