"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Aleksandr Lapşinin əfvi humanist məqsədlə atılmış növbəti addımdır – Fuad Ələsgərov

12 Sentyabr 2017 - 15:20
in MANŞET
FacebookVatsap
Aleksandr Lapşinin əfvi humanist məqsədlə atılmış növbəti addımdır - Fuad Ələsgərov

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov Aleksandr Lapşinin əfvi və Mehman Əliyevin həbsdən azad olunması ilə bağlı AzərTacın-ın suallarını cavablandırıb.

Bunu da oxuyun

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

Tovuz rayonuna dolu düşüb

– Hörmətli Fuad müəllim, Aleksandr Lapşinin əfvi və “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyevin həbsdən azad edilməsi son günlər ən çox müzakirə olunan məsələlərdəndir. Bu qərarları necə şərh edərdiniz?

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz fəaliyyətində humanizm ideya və prinsiplərinə sadiqliyini daim təsdiq edir.

Xatırlatmaq istərdim ki, 2017-ci il fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə bağlı olmayan alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncam imzalayıb. Bu Sərəncamın məqsədi azadlıqdan məhrumetmə ilə bağlı cəzaların tətbiqinin azaldılması və şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilmələrinə şərait yaradılmasıdır.

Digər tərəfdən, qəbul edilən çoxsaylı əfv və amnistiya aktları da bu humanist siyasətin tərkib elementləridir. Bildiyiniz kimi, 2003-cü ildən bəri qəbul edilmiş 5 amnistiya aktı 54 minə yaxın şəxsə tətbiq olunub. Eyni zamanda, həmin dövr ərzində AzərbaycanRespublikasının Prezidenti tərəfindən 3800-dən çox şəxsə şamil olunmuş 31 əfv sərəncamı imzalanıb. Bu sərəncamlarla azadlığa çıxmış şəxslərin arasında müxtəlif cinayətlərə görə məhkum edilmiş jurnalistlər, bloqqerlər də olub. Yəni, əfvlə bağlı məsələlər dövlət başçısının diqqət mərkəzindədir, onun tapşırığı ilə Əfv Məsələləri Komissiyası məhkum olunmuş şəxslərin müraciətlərinə müntəzəm olaraq baxır. Bu, dinamik bir prosesdir.

Aleksandr Lapşinin əfvinə də humanist məqsədlə atılmış növbəti addım kimi baxılmalıdır. Ümumiyyətlə, A.Lapşin ilə bağlı iki hüquqi prosedur paralel olaraq nəzərdən keçirilirdi – cəzasının çəkilməsi üçün onun vətəndaşı olduğu İsrailə verilməsi və ya əfv edilməsi. Lapşinin həm məhkəmə prosesi zamanı, həm də Azərbaycan Prezidentinə ünvanladığı müraciətlərdə törətdiyi cinayətdən səmimi peşmançılıq keçirdiyini etiraf etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməsi, ailə vəziyyəti, xüsusilə azyaşlı övladının olması nəzərə alınaraq, cənab Prezident onun əfv olunmasını mümkün hesab edib və bu barədə müvafiq Sərəncam imzalayıb.

– İmzalanmış Sərəncamdan sonra Lapşinin İsrailə verilməsi məsələsi hələ də gündəmdədirmi?

– Sualınızla bağlı bir məsələyə aydınlıq gətirmək istərdim. Əfv Sərəncamından sonra bir sıra kütləvi informasiya vasitələrində Aleksandr Lapşinin başqa bir dövlətə ekstradisiya olunacağı və ya təhvil veriləcəyi barədə məlumatlar yayılıb. Lakin burada müəyyən hüquqi anlayışlar qarışdırılır. Belə ki, Aleksandr Lapşin əfv edildiyi üçün onun hansısa dövlətə verilməsi məsələsi artıq gündəmdən düşüb. Beynəlxalq konvensiyalara görə, məhkum edilmiş şəxsin başqa dövlətə verilməsinin məqsədi onun cəzasını vətəndaşı olduğu ölkədə çəkməsidir. Cənab Prezidentin əfv Sərəncamından sonra Aleksandr Lapşin cəzasının qalan hissəsini çəkməkdən azad edilib və o, gedəcəyi yeri müəyyənləşdirməkdə tam sərbəstdir.

Bizdə olan məlumata görə, A.Lapşin vətəndaşı olduğu İsrailə getmək arzusundadır. O, sağlamdır, səhhətində heç bir problem yoxdur və istədiyi zaman İsrailə gedə bilər.

– Mehman Əliyevin həbsdən azad edilməsi ilə bağlı nə deyə bilərsiniz?

– Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı dövlət başçısına şəxsən müraciət edib. Cənab Prezident yenə də humanizm prinsiplərini əsas tutaraq həmin müraciətə dərhal münasibət bildirib və Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi imkanına baxılmasını tövsiyə edib. Burada xüsusilə vurğulamaq istərdim ki, məsələ ilə bağlı dövlət başçısının prokurorluq və məhkəmə orqanlarına müraciəti tapşırıq deyil, məhz tövsiyə formasında olub.

Əslində, Mehman Əliyevin həbsdən azad edilməsi, habelə Nardaran hadisələrinə görə məhkum olunmuş bir sıra şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə bu yaxınlarda qəbul edilmiş qərarlar cənab Prezidentin 2017-ci il 10 fevral tarixli Sərəncamında əks olunmuş ideya və prinsiplərin reallaşdırılmasının təzahürüdür. Yeri gəlmişkən, bu Sərəncamın imzalanmasından sonrakı müddət ərzində aparılmış statistik hesablamalar göstərir ki, istintaq zamanı həbs edilmiş şəxslərin sayı 30 faiz azalıb.

Qeyd etməliyəm ki, həmin Sərəncamla verilmiş tapşırıqların icrası üzrə işlər bu gün də davam etdirilir. Belə ki, bu məqsədlə Cinayət Məcəlləsinə dəyişikliklərə dair hazırlanmış təkliflər artıq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. Cinayət Prosessual və Cəzaların İcrası məcəllələrində dəyişikliklər üzərində iş isə yekunlaşmaqdadır. Hər üç məcəlləyə dəyişikliklərin eyni vaxtda qüvvəyə minməsi nəzərdə tutulur.

Previous Post

Aleksandr Lapşinin əfvi humanist məqsədlə atılmış növbəti addımdır – Fuad Ələsgərov

Next Post

Zakir Həsənov Azərbaycanın Milli Qəhrəmanının qardaşı ilə görüşdü

Bənzər yazılar

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

23 Sentyabr 2026 - 14:00

Fransa lideri Emmanuel Makron Nyu-Yorkda BMT Baş Assambleyasında Fələstindəki vəziyyətlə bağlı çıxışı zamanı yumruğu ilə tribunaya vurub. Elchi.az xəbər verir...

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

23 Sentyabr 2026 - 10:37

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib....

Tovuz rayonuna dolu düşüb

Tovuz rayonuna dolu düşüb

22 Sentyabr 2026 - 23:37

Tovuz rayonuna dolu düşüb. Elchi.az -ın məlumatına görə, dolu rayonun Çobansığnaq kəndində yağıb. Təbiət hadisəsi bu gün axşam saatlarında baş...

Sakit okeanda “Polo” qasırğası maksimum kateqoriyayadək güclənib

Sakit okeanda “Polo” qasırğası maksimum kateqoriyayadək güclənib

22 Sentyabr 2026 - 17:35

Sakit okeanda "Polo" qasırğası Saffir-Simpson şkalası üzrə maksimum sayılan beşinci kateqoriyayadək güclənib. Elchi.az xəbər verir ki, bu barədə Meksikanın Su...

Next Post

Zakir Həsənov Azərbaycanın Milli Qəhrəmanının qardaşı ilə görüşdü

Zakir Həsənov Azərbaycanın Milli Qəhrəmanının qardaşı ilə görüşdü

Son xəbərlər

Azərbaycanlılara görə divarları yazanlar həbs olundu

Azərbaycanlılara görə divarları yazanlar həbs olundu

23 Sentyabr 2026 - 14:52
Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

23 Sentyabr 2026 - 14:43
“Yuventus” cərimələndi

“Yuventus” cərimələndi

23 Sentyabr 2026 - 14:30
Üç vəkil cəzalandırıldı, ikisinə xəbərdarlıq olundu

Üç vəkil cəzalandırıldı, ikisinə xəbərdarlıq olundu

23 Sentyabr 2026 - 14:14
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək

Bu klub ev oyunlarını Xankəndidə keçirəcək

23 Sentyabr 2026 - 14:07
Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

23 Sentyabr 2026 - 14:00
Mərkəzi Bankın inflyasiya proqnozu

Mərkəzi Bankın inflyasiya proqnozu

23 Sentyabr 2026 - 13:51
“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

23 Sentyabr 2026 - 13:42
Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

23 Sentyabr 2026 - 13:30
İki stansiya buna görə pulsuz olubmuş – RƏSMİ

İki stansiya buna görə pulsuz olubmuş – RƏSMİ

23 Sentyabr 2026 - 13:18
Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

23 Sentyabr 2026 - 13:09
Fransa Ukraynada Avropa qoşunlarının yerləşdirilməsinə icazə verib

Fransa Ukraynada Avropa qoşunlarının yerləşdirilməsinə icazə verib

23 Sentyabr 2026 - 13:00
Maliyyə Nazirliyi: II rübdə 22 dövlət müəssisəsi monitorinq edilib

Maliyyə Nazirliyi: II rübdə 22 dövlət müəssisəsi monitorinq edilib

23 Sentyabr 2026 - 12:52
QHT-lərin fəaliyyəti parlamentdə müzakirə olunacaq

QHT-lərin fəaliyyəti parlamentdə müzakirə olunacaq

23 Sentyabr 2026 - 12:47
Millimiz bu gün Ermənistanla qarşılaşacaq

Millimiz bu gün Ermənistanla qarşılaşacaq

23 Sentyabr 2026 - 12:38
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.