Avropa İttifaqı (Aİ) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı tətbiq edilən bütün sanksiyaları altı ay müddətinə uzadıb.
Elchi.az Vesti.ru-ya istinadən bildirir ki, məhdudlaşdırıcı tədbirlər daha altı ay-31 iyul 2023-cü il tarixinə qədər qüvvədə olacaq.
Bu barədə qurumun saytında dərc olunmuş məlumatda deyilir:
“Aİ Şurası Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozduğuna görə Rusiyaya qarşı sanksiyaları 6 ay – 2023-cü il iyulun 31-dək uzatmaq qərarına gəlib”.
Yanvarın 17-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiya Federasiyasına qarşı 10-cu sanksiyalar paketini açıqlayıb. O, qeyd edib:
“Biz mövcud məhdudiyyətlərdən yan keçməyi qeyri-mümkün edəcəyik”.
Yeganə