Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Kiyevə səfərə yola düşüb.
Elchi.az xəbər verir ki, bu barədə Aİ nümayəndəsi Jozep Borrel tviter səhifəsində yazıb.
O, tezliklə Kiyevə çatacaqlarını bildirib. Səfər zamanı onların Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü nəzərdə tutulub.