Avropa İttifaqına (Aİ) üzv dövlətlər uzun illərdir müzakirə edilən böhran vəziyyətləri ilə bağlı ümumi immiqrasiya və sığınacaq qaydalarının tənzimlənməsi ilə bağlı razılığa gəliblər.
Elchi.az xəbər verir ki, Aİ Şurasının verdiyi açıqlamaya görə, üzv dövlətlərin nümayəndələri bu gün Brüsseldə səfirlər səviyyəsində keçirilən görüşdə Miqrasiya və Sığınacaq üzrə Sazişin sonuncu elementi ilə bağlı razılığa gəliblər.
Yeni tənzimləmə, immiqrant axını yaşayan üzv ölkənin sığınacaq prosedurlarını sürətləndirə, digər üzv ölkələrdən olan qaçqınların bir hissəsini qəbul edə və maliyyə yardımı kimi həmrəylik tələb edə biləcəyini nəzərdə tutur.
Bundan sonra razılaşdırılmış mətn Avropa Parlamenti (AP) və Aİ Şurası arasında müzakirə olunacaq.
Daxili işlər nazirlərinin ötən həftə keçirilən iclasında İtaliya ilə Almaniya arasında münaqişə səbəbindən bu məsələdə razılıq əldə oluna bilməyib.
Almaniyanın Aralıq dənizində humanitar yardım və axtarış-xilasetmə xidmətləri göstərən qeyri-hökumət təşkilatı (QHT) gəmilərinə dəstək təklifi hazırda miqrasiya böhranı yaşayan İtaliya tərəfindən “immiqrantlar üçün cəlbedici faktor” olduğu səbəbi ilə etiraz edilib.
Şayəstə Hüseynova