Aİ: COVID-19 peyvəndi də daxil olmaqla Çinə hər cür dəstəyi verməyə hazırıq

111

Avropa İttifaqı administrasiyası COVID-19 hadisələrinin artdığı Çinə peyvəndlər də daxil olmaqla hər cür dəstəyi verməyə hazır olduqlarını açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Komissiyasının sözçülərindən Tim McPhie, AB Səhiyyə Komissiyasının üzvü Stella Kyriakidesin çinli həmkarları ilə görüşərək dəstək mesajı verdiyini söylədi.
Dəstək çərçivəsində COVID-19-a qarşı hazırlanmış peyvəndlərin olduğunu qeyd edən Makfi, Aİ-nin də epidemiya dövründə öz təcrübəsini paylaşa biləcəyini bildirdi.
AB rəsmiləri mümkün peyvənd dəstəyi ilə bağlı ətraflı məlumat verməkdən çəkinirlər. AB rəhbərliyi hələ də Çindən Avropa ölkələrinə gələn sərnişinlər üçün məcburi sınaq kimi tədbirlərlə bağlı ortaq mövqe tutmayıb.

Şayəstə