AgoraVox: Rusiyanın nüvə sənayesinə qarşı sanksiyalar Qərbin əleyhinə olacaq

30

Fransa Qərbə Rusiyanın nüvə sənayesinə qarşı sanksiyalar təhlükəsi barədə xəbərdarlıq edib.
Elchi.az xəbər verir ki, Fransalı müşahidəçi Patris Bravo deyir ki, Qərbin Rusiyanın nüvə sənayesinə tətbiq etdiyi sanksiyalar onları tətbiq edənlərə əks nəticə verəcək.
Jurnalistin “AgoraVox” üçün yazdığı məqalədə xatırlatdığı kimi, Rusiya uranın zənginləşdirilməsi texnologiyalarının dünyada tanınmış təchizatçısıdır və bu yanacağın ən böyük ixracatçılarından biridir. Bundan başqa, o qeyd edir ki, Rusiya Federasiyası Türkiyə, Macarıstan, Hindistan, Çin və Misirdə atom elektrik stansiyalarının tikintisi üzrə iri layihələrdə iştirak edir.
“Beləliklə, Rusiyaya qarşı yeni sanksiyaların effektiv olub-olmayacağı bəlli deyil. Eyni zamanda, nüvə sənayesinə qoyulan məhdudiyyətlər Avropa ölkələrinin özlərinin əleyhinə olacaq”, – Bravo xəbərdarlıq edib.
Jurnalist bildirib ki, 2021 və 2022-ci illərdə ABŞ təkcə Rusiyadan 1,3 milyard dollar dəyərində uran alıb. Bundan əlavə, müşahidəçi əlavə edib ki, Rusiya və Fransada uran alışını artırıb. Eyni zamanda o qeyd edir ki, Rusiya Federasiyasının nüvə sənayesinə qarşı sanksiyalar tətbiq olunarsa, Parisin öz AES-ləri üçün kifayət qədər yanacaq olmaya bilər.

Şayəstə