ABŞ Prezidenti Avropadakı, xüsusilə NATO-dakı tərəfdaşlarının və ərəb dünyasının Hörmüz boğazını açmaq üçün aktiv fəaliyyət göstərməsinə çalışır.
Elchi.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Prezident Donald Tramp vurğulayıb ki, boğazdan keçən enerji resurslarından birbaşa asılı olan ölkələr öz maraqlarını qorumaq üçün məsuliyyəti bölüşməlidirlər. O, həmçinin xəbərdarlıq edib ki, müttəfiqlərin bu məsələdə qeyri-fəallığı gələcəkdə strateji əməkdaşlığa, o cümlədən NATO daxilindəki münasibətlərə mənfi təsir göstərə bilər.
Məryəm





















