Səudiyyə Ərəbistanı hakimiyyəti hərbi eskalasiyanın bərpa olunmasına imkan verməmək üçün Yaxın Şərqdəki münaqişə tərəfləri arasında danışıqlar kanallarının açılmasının vacibliyini vurğulayıb.
Elchi.az xəbər verir ki, bu barədə Məkkə sazişi ölkələrinin nümayəndə heyətinin İrana səfəri ilə bağlı krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Krallıq ümid edir ki, münaqişə tərəfləri bu səfərin nəticələrini və Qətər ilə Pakistanın böhranı dialoq və diplomatiya yolu ilə həll etmək üçün davam edən səylərini müsbət və konstruktiv şəkildə qəbul edəcəklər”, – deyə “X”dəki bəyanatda bildirilir. XİN-dən vurğulayıblar ki, Ər-Riyad “regionda hərbi eskalasiyanın bərpa olunmasının qarşısını almaq və böhrana son qoyacaq, regionda və bütün dünyada təhlükəsizlik və sülhü təmin edəcək sazişin əldə olunmasına zəmin hazırlamaq üçün danışıqlar kanallarının açılmasının vacibliyini” göstərir.
Məryəm





















