Yeddi ölkə ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının açılması üçün koalisiya yaratmaq və hərbi dəstək vermək xahişini qəbul etməyib.
Elchi.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Ölkələrin mövqeyi:
Çin və Fransa: Münaqişənin hərbi yolla deyil, yalnız diplomatik yollarla tənzimlənməsinin vacibliyini vurğulayıblar.
Böyük Britaniya və Yaponiya: Trampın koalisiya təklifini qəti şəkildə rədd ediblər. Yaponiya tərəfi hərbi gəmi göndərmək üçün hüquqi bazanın və şəraitin uyğun olmadığını bildirib.
Almaniya və İtaliya: Trampın koalisiyasına qoşulmaq niyyətində olmadıqlarını bəyan ediblər.
Cənubi Koreya: Təklifi nəzərdən keçirdiklərini və hələlik lazımi məsləhətləşmələr apardıqlarını bildirməklə konkret cavabdan yayınıblar.
Analitiklərin rəyi:
Hərbi ekspertlər qeyd edirlər ki, ABŞ-ın bir çox müttəfiqləri hazırkı administrasiyanın İrana qarşı yanaşmasına qarşı çıxırlar, çünki hərbi əməliyyat onlarla məsləhətləşmədən başlayıb. Bundan əlavə, belə bir koalisiyanın yaradılması ciddi texniki problemlərlə üzləşir: regiona gəmilərin göndərilməsi uzun vaxt tələb edir və əvvəlcədən planlaşdırma olmadan dərhal həyata keçirilə bilməz.
Məryəm





















