Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampı ABŞ lideri Co Baydenin administrasiyasını nasist gizli polisi Gestapo ilə müqayisə etdiyinə görə qınayıb.
Elchi.az xəbər verir ki, bu barədə ‘‘Axios‘‘ məlumat yayıb.
“Prezident Bayden faşistlərin dəhşətli ritorikasını təkrarlamaq, neonasistlərlə nahar etmək və cəsur polislərin həyatı bahasına başa gələn yalançı sui-qəsd nəzəriyyələrini satmaq əvəzinə, Amerika xalqını ortaq demokratik dəyərlərimiz və qanunun aliliyi ətrafında birləşdirir‘‘- deyə o bildirib.
Qeyd edək ki,bundan əvvəl kampaniya donorları üçün özəl tədbirdə Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə edib. Qeyd olunur ki, prezidentliyə namizəd bununla ona qarşı qaldırılan iddiaları tənqid edib.
Havar Şəfiyeva