“Hall Siti”nin sahibi Acun Ilıcalı “Liverpul”dan gənc futbolçu Fabio Karvalyonun transferi ilə bağlı razılığın əldə edildiyini açıqlayıb. Gənc futbolçu tezliklə sağlamlıq müayinəsindən keçəcək.
Elchi.az xəbər verir ki, Hall Siti”nin sahibi Acun Ilıcalı İngiltərə nəhəngi “Liverpul”da çıxış edən gənc ulduz Fabio Karvalyo üçün anlaşdıqlarını bildirib.
İcarə müqaviləsində alqı-satqı variantı olmayacaq və 21 yaşlı futbolçu qısa müddətdə sağlamlıq müayinəsindən keçəcək. Fabio Karvalyo mövsümün ilk yarısını icarə əsasında RB Leipzig-də keçirib.
Nuranə Məmmədova