Cənubi Koreya itlərin ət üçün kəsilməsini və satışını qadağan edən əsaslı qanunu qəbul edib və bu, it əti istehlakı ilə bağlı çoxəsrlik ənənəyə son qoymaq üçün mühüm addım olub.
Elchi.az xəbər verir ki,Cənubi Koreya parlamenti heyvanların rifahına artan dəstəyin fonunda it ətinin yeyilməsini və satışını dayandırmaq üçün qanun layihəsini qəbul edib.
2027-ci ilə qədər qüvvəyə minəcək qanunvericilik it ətinin istehlakını qeyri-qanuni etmir, əksinə it əti ticarətinin cinayət məsuliyyətinə cəlb edilməsinə yönəlib.
Yeni qanuna əsasən, it kəsməkdə təqsirli bilinənlər üç ilə qədər, ət üçün it böyütməkdə və ya it əti satmaqda təqsirli olan şəxslər isə maksimum iki il həbs cəzası ala bilərlər. Fermerlərə və restoran sahiblərinə alternativ məşğulluq mənbələrinə keçid üçün üç illik güzəşt müddəti verilir.
Bu addım cəmiyyətdəki münasibətlərin dəyişməsi, daha çox insanın itlərə ailə üzvləri kimi baxması, heyvan hüquqlarına dəstəyin artmasına səbəb olur. İt ətinin populyarlığının azaldığını etiraf edən hökumət keçid dövründə zərər çəkmiş fermerləri, qəssabları və restoran sahiblərini dəstəkləməyi hədəfləyir.
Nuranə Məmmədova