"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Acı Həqiqət – İsa Nəcəfovun siyasi puplisistik əsəri

03 Oktyabr 2019 - 09:48
in XƏBƏR LENTİ
????????????????????????????????????

????????????????????????????????????

FacebookVatsap

Konstitutsiya Məhkəməsinin hakimi İsa Nəcəfovun “Acı həqiqət” siyasi-publisistik əsəri artıq çapa hazırlanır. Bu gündən etibarən əsərin bəzi hissələri “Aktual.az” və “Elçı.az”saytlarında dərc olunacaq. Ekskuliziv yayım hüququnu bizə verdiyi üçün İsa Nəcəfova xüsusi minnətdarlığımızı bildiririk.

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Onsuz da fanidir hər şeyin sonu?!!

Artıq gecə saat 11-ə işləmişdi. Mübariz Daxili İşlər naziri Ramil Usubovun qəbuluna tələsirdi. Orta boylu və idmançı əzələli bu şəxsi çoxları “Laba” deyə çağırırdılar. “Laba” sözü isə fars mənşəli olub “sahil” deməkdir. Şimali Qafqazın coşqun çaylarından biri olan Terek çayının qollarının birinin adı da elə Labadır.

Mübarizdə dağ çaylarına xas olan xarakterik xüsusiyyətlər vardı. Təbiətən çox sakit adam idi. Lakin haqsızlıq, ədalətsizlik gördümü, dağ çayı kimi coşurdu. Həm də dağ çayı kimi səxavətli idi, ancaq dağ çayından fərqli olaraq özündən  zəif  bəndlərə baş qoşmazdı.

Cəbhə dövründə Naxçıvan Muxtar Respublikasında hakimiyyətin dayağı idi, insanlar arasında böyük nüfuzu vardı. Məhz buna görə də, Heydər Əliyev Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsinin təşkilati işini ona tapşırmışdı. O, bu işin öhdəsindən ləyaqətlə və uğurla gəlmişdi.

Mübariz nazirin qəbul otağına daxil oldu. Mühafizədə xidmət edən qardaşı Əli onu qarşıladı və salamlaşdılar. Əli:

– Mübariz, Ramil müəllim səni qəbul edə bilməyəcək. Çünki faciə baş verib. Afiyəddin müəllimi qətlə yetiriblər – dedi.

– Kim? Harda öldürüblər?

– Bilmirəm. Onu Semaşko xəstəxanasına aparıblar.

– Yaxşı, mən gedirəm ora. Sonra danışarıq, – Mübariz bunu deyib cəld qəbul otağını tərk etdi. Tez pilləkənlə aşağı düşüb MUM tərəfə getdi. Yolu keçib binanın yanında saxladığı “Jiquli”sinə mindi. On dəqiqə keçməmiş xəstəxananın həyətinə daxil oldu, maşını saxladı və təcili yardım şöbəsinə tələsdi. Ilk gördüyü ağ xalatlı şəxsə salam verib, Afiyəddin Cəlilovun harada yerləşdirildiyini soruşdu. Tibb işçisi:

 – Ya reanimasiyada, ya da cərrahiyyə şöbəsindədir. – deyə,  cavab verdi.

– Sağ olun.

Bu şöbələr ona tanış idi. Birinci cərrahiyyə şöbəsinə qalxdı. Dəhlizdə bir qadın bir qızla dayanmışdı. Onlar xısın-xısın ağlayırdılar. Mərhumun oğlu Nihadın isə üst-başı qan içində idi, dəhlizdə havalanmış kimi göz yaşları tökərək hönkür çəkib ağlayırdı. Onlara təskinlik verən bircə adam da gözə dəymirdi. Mübarizi müşayət edən idmançılar ona yaxınlaşıb, təskinlik verməyə çalışsalar da, buna nail ola bilmədilər.

Qarşısına çıxan tibb bacısından yaralının harda olduğunu soruşdu. Qadın əli ilə irəlidəki sağ tərəfdə olan qapını göstərdi. Həmin istiqamətə sarı gedib qapını açdı. Cərrahiyyə otağına gedən dəhlizdə təkərli xərəyin üstündə Cəlilovun nəşini gördü. O, artıq həyatla vidalaşmışdı. Güllənin alnında açdığı deşik pambıqla tıxanmışdı. Yanında heç kim yox idi. Burnuna süni havalanma boruları keçirilmişdi. Artıq bu heç nəyə lazım olmayan bir tibbi yardım idi. Sol tərəfdəki xərəyə sürücü Mayılın cənazəsi qoyulmuşdu. Meyit ağ mələfə ilə örtülmüş, axmış qan ağ mələfəni qırmızı rəngə boyamışdı.

Bu ani vəziyyət ona Kiniq Dioqenin nə qədər haqlı olduğunu göstərirdi: “Necə ki canın və ruhun bədənindədir, sən diqqətə layiq varlıqsan, sayılansan, hesablanılansan. Hörmət və izzətə layiqsən, gərəklisən. Xüsusilə, yüksək imkan verən vəzifə daşıyıcısısansa daha yaxşı. Canın və ruhun səni tərk etdisə, heç kimə lazım olmayan bir əşyasan. Hamı çalışacaq ki, “səni” tezliklə onun yanından aparsınlar. Çünki “sən” ağır qəm-qüssə mühüti yaradansan, gərəksizsən. Sadəcə dəyərsiz bir əşyasan.”

Tibb bacısı gəlib, nəfəs borularını nəşin burnundan çıxartdı. Xərəyin baş tərəfində durub onun üstünə ağ mələfə saldı. Xərəyi qapıdan dəhlizə tərəf itələyib dedi:

– “Təcili yardım” gəlib, meyiti evlərinə aparacaq.

Mübariz xərəyin arxasınca getdi. Hönkür çəkib ağlayan qadın və qız da ona qoşuldu. Liftin qarşısında dayandılar. Liftçi qadın onları gözləyirdi. Xərəyi liftə saldılar. Sonra Mübariz pilləkənlə birinci mərtəbəyə endi. Liftdən xərəyi düşürəndə bəlli oldu ki, “təcili yardım” hələ də gəlməyib.

Tibb bacısı: “Yolu tutmasın”, – deyib Afiyəddin Cəlilovun nəşini daşıyan xərəyi pilləkənin altındakı qaranlıq bir yerə itələdi və çıxıb getdi.

Laba bu hala dözməyib çölə çıxdı. Ölməz Cəfər Cabbarlının qələmə aldığı bu kəlamın, dərin fəlsəfəsinin həyatiliyinə bir daha heyran qaldı:

Ölmək – o böyük körpüdən hər kəs keçəcəkdir,

      Bir badə ki, bütün aləm ondan içəcəkdir,

          Hər süslü çiçək sonda saralmış quru yarpaq

              İnsan da nədir? Əvvəli torpaq, sonu torpaq!!!

*  *  *  *  *  *  *  *  *  *  *  *

1999-cu ilin yay günlərinin birində (dəqiq tarixi yadımda deyil) müstəntiq Əli Əliyev gözlənilmədən Nəcəfovun kabinetinə daxil oldu. Nəsə xoşagəlməz bir hadisə baş vermişdi. Çünki Əli ona təklif olunsa da əyləşmədi. Ayaq üstə qalıb gülümsəyirdi. Lakin nədənsə ehtiyat etdiyi və həyəcanlı olduğu sifətindən görünürdü.

– Əli, nəsə baş verib?

–İsa müəllim, nahardan sonra Eldar Həsənov kollegiya keçirəcək və mənim fəaliyyətimi müzakirə edəcək. Baş prokuror hardansa öyrənib ki, indiyə kimi mənim istintaqını apardığım müxtəlif cinayət işlərində, ayrı-ayrı şəxslər onun barəsində ifadə veriblər. Bu ifadələr məndədir. Onları əldə etmək üçün istintaq sənədlərini saxtalaşdırmağım adı altında barəmdə cinayət işi başlamaqla məni həbs edəcəkdir.

Nəcəfov situasiyanın ağır olduğunu dərhal dəyərincə qiymətləndirdi. Eldar Həsənov “Azəravtoyol” dövlət şirkətində vitse-prezident vəzifəsində işləyən qardaşı Şahin barədə aparılan cinayət işinin istintaqına təzyiq göstərmək istəyirdi. Bu işin istintaqına o nəzarət edirdi. “Dostu” onu seçim qarşısında qoymaq niyyətindəydi.

– Əli, dərhal get, cənab Prezidentin adına bir müraciət yaz gətir. Orada Eldar Həsənovun səni hansı məqsədlə həbs etmək istədiyini açıb göstər. Sənə iyirmi dəqiqə vaxt verirəm.

Əli çıxdı. İyirmi dəqiqə  keçməmiş iki vərəqlik müraciətlə geri qayıtdı. Nəcəfov müraciəti oxuyub zərfə qoydu və kabineti tərk etdi. On dəqiqədən sonra o, Prezidentin qəbul otağında idi. Prezidentin köməkçisi Tariyellə görüşdü.

–Tariyel müəllim, baxın, zərfin içində müraciət var. İndi siz onu ya özünüz Cənab Prezidentə təqdim edin, ya da bildirin ki, məni qəbul etsin.

– Yaxşı, İsa müəllim. Bir neçə dəqiqə gözləyin.

Nəcəfov qəbul otağına qayıtdı. Texminən on dəqiqə keçmiş Tariyel qəbul otağına daxil oldu.  

– İsa müəllim, cənab prezident dedi ki, siz qayıdıb öz kabinetinizdə gözləyəsiniz. O, sizinlə danışacaq.

– Tariyel müəllim, sağ olun, – deyib, O, Prezident aparatını tərk etdi və prokurorluğa qayıtdı. Giriş qapısından içəri daxil olarkən növbətçi polis nəfəri ayağa qalxdı:

 –İsa müəllim, Eldar müəllim sizi soruşurdu. Zəhmət olmasa onunla əlaqə saxlayın.

– Yaxşı, sağ olun.

Pilləkənlə Baş prokurorun kabinetinə – ikinci mərtəbəyə qalxdı. Qəbul otağına daxil olarkən katibə:

 – İsa müəllim, Eldar müəllim sizi gözləyir. Içəri keçə bilərsiniz, – dedi.

– Sağ olun.

O qapını döyüb içəri keçdi. Eldar Həsənov iş masasının arxasında oturmuşdu. Gözləri yaşarmışdı. Birinci müavinini görcək qınayıcı və inkar edici bir tonla dedi:

 –İsa müəllim, məgər mən Əlini həbs etmək istəyirəm?! Bunu sizə kim deyib?!

Previous Post

Acı Həqiqət – İsa Nəcəfovun siyasi puplisistik əsəri

Next Post

Mingəçevirdə polis mayoru bıçaqlandı

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post
Mingəçevirdə polis mayoru bıçaqlandı

Mingəçevirdə polis mayoru bıçaqlandı

Mingəçevirdə polis mayoru bıçaqlandı

Mingəçevirdə polis mayoru bıçaqlandı

Son xəbərlər

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.