ABŞ tarixində ən böyük zərgərlik oğurluğu

🗓 18.06.2025 10:54 ✍️ "Elçi" qəzeti
ABŞ tarixində ən böyük zərgərlik oğurluğu

ABŞ-ın Los-Anceles şəhərində 7 nəfər ölkə tarixində ən böyük zərgərlik oğurluğu törətməkdə ittiham olunub. Federal prokurorların məlumatına görə, şübhəlilər 2022-ci ilin iyul ayında zirehli yük maşınından təxminən 100 milyon dollar dəyərində qızıl, brilyant, yaqut, zümrüd və dəbdəbəli saatlar oğurlayıblar.
Elchi.az xəbər verir ki, şübhəlilərə qarşı ötən həftə iki maddə üzrə ittiham irəli sürülüb: “Beynəlxalq və dövlətlərarası daşımalarda oğurluq” və “oğurluğu planlaşdırmaq üçün sui-qəsddə iştirak”.
Şübhəlilər, adları ilə:
Karlos Viktor Mestanza Serkado, 31
Jazael Padilla Resto, 36
Pablo Raul Luqo Larroiq, 41
Viktor Hüqo Valensiya Solorzano, 60
Xorxe Enrike Alban, 33
Ceson Nelon Presilla Flores, 42
Eduardo Macias Ibarra, 36
Prokurorluğun məlumatına görə, onlardan 5-i həm də “ticarətə mane olmaq məqsədi ilə hədə-qorxu ilə tələb etmə” maddəsi ilə ittiham olunur. Şübhəlilərdən biri olan Padilla hazırda Arizona ştatında oğurluğa görə həbs cəzasını çəkir.

Şayəstə Hüseynova

Bənzər yazılar