ABŞ milli təhlükəsizlik baxımından Huawei də daxil olmaqla 5 Çin texnoloji şirkətinin “yeni rabitə avadanlığının” idxalını və satışını qadağan edib.
Elchi.az BBC-yə istinadən xəbər verir ki, ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) yekdilliklə Çin texnoloji şirkətləri tərəfindən istehsal olunan yeni rabitə avadanlıqlarının satışı və idxalını qadağan edən yeni qaydaları qəbul edib.
FCC sədri Jessica Rosenworcel yazılı açıqlamasında, “Yeni qaydalar telekommunikasiyalar çərçivəsində ictimaiyyəti milli təhlükəsizlik təhdidlərindən qorumaq üçün davam edən fəaliyyətin mühüm bir hissəsidir” dedi.
Rosenworcel dedi ki, FCC “etibarsız rabitə avadanlığının ABŞ sərhədləri daxilində istifadəsinə icazə verilməməsini təmin etməklə öz milli təhlükəsizliyini qorumağa sadiqdir”.
Məhsullarının ölkəyə idxalı və satışı qadağan edilən texnologiya şirkətləri arasında Huawei, həmçinin ZTE, Hikvision, Dahua və Hytera da var.
Yeganə