ABŞ polisi Rusiyaya qarşı sanksiyalar rejimindən yayınaraq Rusiya aviaşirkətlərinə təyyarə hissələri satmaqda şübhəli bilinən iki rusiyalı Oleq Patsulya və Vasili Besedini həbs edib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Hər iki rus Florida ştatında yaşayır, onlar ixrac nəzarəti qanunlarını pozmaq üçün cinayət sui-qəsdi və beynəlxalq çirkli pulların yuyulmasında ittiham olunurlar. Ruslar öz müdafiələrində israr edirlər ki, ehtiyat hissələri türk şirkətləri üçün nəzərdə tutulub.
Amerika araşdırmasına görə, Patsulya və Besedin Qərb istehsalı olan təyyarələr üçün ehtiyat hissələri almaqda maraqlı olan üç rus aviaşirkətindən böyük məbləğdə pul alıblar. Bu göndərişlər, əsasən Yaxın Şərq və Asiyada olan bir sıra ön alıcılar vasitəsilə malların yenidən satılması ilə mümkün olub. Bildirilir ki, analoji sxemlərə əsasən, ön şirkətlərdən istifadə edilərək Rusiyaya 14,4 milyon dollardan artıq ehtiyat hissələri göndərilib.
Havar Şəfiyeva