“ABŞ İrandan neft tankerini azad etməyi tələb edib”-Blomberq

98

“Bloomberg” xəbər verir ki, ABŞ İrandan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Oman körfəzində ələ keçirdiyi neft tankerini azad etməyi tələb edib.

Elchi.az bu barədə xarici mediaya istinadən bildirir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı rəsmi Tvitter səhifəsində tankerin dərhal azad edilməsi tələbini dərc edib. Qeyd olunub ki, gəminin ələ keçirilməsi beynəlxalq hüquqa ziddir, həmçinin regional təhlükəsizlik və sabitliyi pozur.

İranın “İRNA” agentliyinin məlumatına görə, Marşal adaları bayrağı altında üzən naməlum tankerin ələ keçirilməsi iki iranlı ekipaj üzvünün ölümünə səbəb olan İran gəmisi ilə toqquşmadan sonra həyata keçirilib. IRPC gəmini həbs etdikdən sonra onu İslam Respublikasının sahil sularına göndərib.

Yeganə