ABŞ Ədliyyə Nazirliyi Epşteyn istintaqı ilə bağlı daha 30.000 sənədi açıqladı.
Elchi.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi sosial media hesabında Epşteyn istintaqı ilə bağlı 30.000 yeni sənədin ictimaiyyətə açıqlandığını elan edib.
Bəyanatda deyilir: “Bu sənədlərin bəzilərində 2020-ci il seçkilərindən bir az əvvəl FTB-yə təqdim edilmiş Prezident Donald Trampa qarşı yalan və sensasiyalı iddialar var. Əgər bu iddiaların hər hansı birində ən kiçik bir həqiqət olsaydı, şübhəsiz ki, Prezident Trampa qarşı silah kimi istifadə ediləcəkdi”.
Şayəstə





















