ABŞ Dövlət Departamenti İraqdakı bəzi diplomatik işçilərini təxliyə etməyi əmr edib.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.
“Bağdaddakı səfirlikdən və ABŞ-ın Ərbildəki Baş Konsulluğundan ailə üzvlərinin və təcili olmayan hökumət işçilərinin təxliyəsi zəruridir.
Səbəb təhlükəsizlik təhdidlərinin artmasıdır”,- deyə departament qeyd edib.
Bundan əlavə, ABŞ vətəndaşlarına İraqa səfərdən çəkinmək tövsiyə olunub.
Yeganə