Həftəsonu ABŞ-ın Şimali Dakota və Nyu-York ştatlarını vuran tornadolar nəticəsində 6 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, Kass dairəsinin şerifi Jesse Jahner mətbuat konfransında həftə sonu baş verən tornadoların itkilərini açıqladı.
Jahner bildirib ki, Şimali Dakota ştatının Enderlin şəhəri yaxınlığında 70-80 yaşları arasında 3 nəfər ölüb.
Oneida County Şerif Ofisinin məlumatına görə, Nyu Yorkun Clark Mills bölgəsində 6 yaşlı əkiz qardaş da daxil olmaqla 3 nəfər həyatını itirib.
ABŞ hökumətinin Milli Hava Xidmətinin rəsmisi Jacob Spender bildirib ki, tornadolar çoxlu ağacları kökündən qoparıb, qatar vaqonlarını aşırıb və evlərə ziyan vurub.
Bəzi ərazilərdə tornadoların sürətinin saatda 100 mili keçdiyi bildirilir.
Şayəstə Hüseynova


















