ABŞ, Cənubi Koreya və Yaponiya liderləri Xirosimada görüşəcək

58

ABŞ prezidenti Co Bayden, Cənubi Koreya prezidenti Yoon Suk-yeol və Yaponiyanın baş naziri Kişida Fumio Yaponiyanın Xirosima şəhərində görüşəcəklər.
Elchi.az xəbər verir ki,Yaponiyanın Kyodo agentliyinin xəbərinə görə, adının açıqlanmasını istəməyən yüksək səviyyəli bir ABŞ səlahiyyətlisi, ABŞ prezidenti Bayden, Cənubi Koreya prezidenti Yoon və Yaponiyanın Baş naziri Kişida ilə üçlü sammitdə görüşəcək.
Rəsmi Xirosimada keçirilməsi gözlənilən sammitin tarixi ilə bağlı dəqiq məlumat verilməyib.
Digər tərəfdən, diplomatik mənbələrdən əldə edilən məlumata görə, sammit mayın 21-də, G7 Liderlər Zirvə toplantısının son günündə keçirilə bilər. Mənbələr Baydenin sammitdən sonra Avstraliyaya gedəcəyini bildirib.
Yaponiya milli mediası bildirib ki, Kişida G7 Sammitindən əvvəl Cənubi Koreyaya rəsmi səfər təşkil edə bilər, Yoon isə G7 Liderlər Zirvəsinə “müşahidəçi” kimi dəvət oluna bilər.

Nuranə Məmmədova