"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev

08 Sentyabr 2026 - 10:52
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Xalqcəbhəsi.az-ın suallarını cavablandırıb.

Bunu da oxuyun

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

Roma Papasından Rusiya və Ukraynaya MÜRACİƏT

Vanq: Yaponiya tarixdən dərs çıxarmasa, gələcəyi olmayacaq

Elchi.az müsahibəni təqdim edir:

– Qüdrət bəy, dövlət təltifləri, amnistiya və əfvetmə haqqında qanunların qəbul olunması təklifi ilə çıxış etmişdiniz. Bu hansı zərurətdən irəli gəlir?

– Bu konstitusion tələbdir. Qanunda orden və medalların kimlərə hansı xidmətlərinə görə kimlərin təqdimatı ilə verilməsi və hansı hallarda geri alınması qaydaları, təltiflərin necə, kimlər tərəfindən təqdim olunması, saxlanılması qaydaları və s. əks olunmalıdır. Konstitusiyanın 94-cü maddəsinin 9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 63 səs çoxluğu ilə dövlət təltiflərinə dair ümumi qaydaları müəyyən edən qanun qəbul etməlidir. Qanunda, həmçinin Azərbaycan Respublikası Prezidentinin necə təltif olunması qaydası öz əksini tapmalıdır. Heydər Əliyev ordeninin statutusu haqqında qanunun 2-ci hissəsində qeyd edilir ki, Heydər Əliyev ordeni Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə verilir. Bu norma Konstitusiya ilə ziddiyyət təşkil edir, çünki Konstitusiyanın 109-cu maddəsinin 23-cü bəndi ilə dövlət təltifləri ilə təltif etmə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid edilir. Həm də insanlar statusuna görə yox, xidmətlərinə görə təltif olunmalıdır. 2005-ci ildə qanun qəbul olunarkən mən buna etiraz etmişdim. Prezidenti təltif etmək üçün Konstitusiyanın 95-ci maddəsinin 1-ci hissəsinə Konstitusion qananunla əlavə edilməlidir ki, Prezident Milli Məclisin üçdə iki səs çoxluğu ilə qəbul etdiyi qərar əsasında təltif olunur. Konstitusiyanın 95-ci maddəsinin 4-cü hissəsinə görə Milli Məclisin həll etdiyi məsələlər sırasına əlavələr Konstitusiya qanunları ilə edilə bilər. Bu müddəa eyni zamanda “Dövlət təltifləri” haqqında qəbul olunacaq qanunda da öz əksini tapmalıdır. Bu barədə layihə təqdim edəcəyəm.

– Siz 44 günlük Vətən müharibəsindən sonra İlham Əliyevin “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif olunmasını təklif etmişdiniz. Yeni qanunun qəbulu ilə həm də bunu gerçəkləşdirmək olar…

– Doğrudur. İlham Əliyev bizim ən yeni tariximizin ən şanlı səhifələrindən birini yazan şəxsdir. Onun liderliyi ilə torpaqlarımız işğaldan azad olunub, erməni separatizminə birdəfəlik son qoyulub. “Şah İsmayıl” ordeni ilə indiyə qədər heç kim təltif olunmayıb. O ordeni almağa layiq birinci şəxs İlham Əliyevidir. Bu təklifin bir müxalifət partiyasından gəlməsi hakim partiya üzvlərini narahat etməməlidir və onlar bu məsələni müzakirə etməlidirlər. Biz bunu ona görə təklif edirik ki, bu həm ədalətlidir, həm də “Şah İsmayıl” ordeni ilə Ali Baş Komandanın təltif olunması tariximizə hörmət nişanəsi olmaqla, ölkəmiz üçün böyük siyasi əhəmiyyət daşıyır. Kənardan kimin nə düşünəcəyinə və nə deyəcəyinə əhəmiyyət vermədən bu qərarı qəbul etməliyik.

– Amnistiya və əfvetmə haqqında qanunda nələr öz əksini tapmalıdır?

– Konstitutusiyanın 95-ci maddəsinin 19-cu bəndinə görə Milli Məclis amnistiya haqqında, 109-cu maddəsinin 22-ci bəndinə görə isə Prezident əfvetmə haqqında qərar qəbul edir. Həm Milli Məclisin, həm də Prezidentin bu səlahiyyətlərindən istifadə etməsinin ümumi qaydaları qanunla tənzimlənməlidir. Prezidentin əfvetmə ilə əlaqədar səlahiyyətləri qanunla məhdudlaşdırılmamalıdır. ABŞ-də Prezident nəinki məhkumları, hətta barəsində cinayət işi başladılmış, yaxud cinayət törətməsi ehtimal olunan, amma barəsində cinayət işi başlanılmamaış şəxsləri belə əfv edə bilər. Məsələn, Bayden 19 yanvar 2025-ci ildə verdiyi (preempive) qabaqlayıcı əfvlə 7 nəfəri əfv edib. Onlardan biri Mark Milley idi. Əfvetmə aktında deyilir, “əfv 1 yanvar 2014-cü ildən 19 yanvar 2025-ci ilədək törətmiş ola biləcəyi və onun ABŞ Ordusunun Baş Qərargah rəisi və ya Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri kimi xidməti ilə əlaqəli olan “any offenses” — yəni hər hansı federal cinayətlərə şamil edilir”.
Bizdə isə Cinayət Məcəlləsinin 82-ci maddəsinə görə yalnız məhkum olunmuş şəxslər əfv oluna bilər.
Yaxud bizdə amnistiya haqqında qərar qəbul olunarkən subyektiv mülahizələrə görə bəzən daha ağır cinayətlərə görə məsuliyyət nəzərdə tutan normalara amnistiya tətbiq olunsa da yüngül, az ağır cinayətlərə görə amnistiya tətbiq olunmur. Ona görə amnistiya və əhvetmə haqqında qanunun qəbuluna ciddi ehtiyac var.

– Qarşıdan Zəfər bayramı gəlir, yeni amnistiya aktı qəbul oluna bilərmi?

– Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun və beynəlxalq insan hüquqları müdafiə təşkilatları tərəfindən siyasi motivlərlə tutulduğu iddia olunan şəxslər azad olunsun. Xüsusilə qızlar. Bu humanist bir addım olar. Biz bununla həm də ölkəmizə qarşı qarayaxma kamapaniyası aparanların bəhanələrini əllərindən almış olarıq. Əminəm ki, xalqımız da bunu alqışlayar və bu, milli birliyimizə xidmət edər.

Previous Post

Küləkli havada 4 nəfər xəsarət alıb

Next Post

Nazir müavini: Milli meteoroloji müşahidə sisteminin 82 faizi avtomatlaşdırılıb

Bənzər yazılar

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

29 Sentyabr 2026 - 16:56

Böyük Britaniya və ya NATO-nun hərbi əməliyyatları Rusiyanın sərəncamında olan bütün vasitələrlə cavablandırılacaq. Elchi.az xəbər verir ki, Rusiyanın Londondakı səfirliyi...

Roma Papasından Rusiya və Ukraynaya MÜRACİƏT

Roma Papasından Rusiya və Ukraynaya MÜRACİƏT

29 Sentyabr 2026 - 16:00

Papa XIV Leo Fransadan qayıdarkən mətbuat qrupundakı jurnalistlərlə söhbətində Rusiya və Ukraynaya müraciət edib. Elchi.az xəbər verir ki, "TASS" agentliyi...

Vanq: Yaponiya tarixdən dərs çıxarmasa, gələcəyi olmayacaq

Vanq: Yaponiya tarixdən dərs çıxarmasa, gələcəyi olmayacaq

29 Sentyabr 2026 - 11:09

Çinin xarici işlər naziri Vanq Yi xəbərdarlıq edib ki, əgər Yaponiya İkinci Dünya Müharibəsi dövründəki təcavüzkarlıq tarixindən dərs çıxarmazsa və...

Kallasdan Ukrayna üçün xoşagəlməz BƏYANAT

Kallasdan Ukrayna üçün xoşagəlməz BƏYANAT

28 Sentyabr 2026 - 16:00

Avropa İttifaqının (Aİ) müdafiə nazirləri ayrı-ayrı üzv dövlətlərin sərəncamında olan "Patriot" raket ehtiyatlarının Ukraynaya ötürülməsi ilə bağlı razılığa gələ bilməyiblər....

Next Post
Nazir müavini: Milli meteoroloji müşahidə sisteminin 82 faizi avtomatlaşdırılıb

Nazir müavini: Milli meteoroloji müşahidə sisteminin 82 faizi avtomatlaşdırılıb

Lavrov: Qərb ağır yaralanmış heyvan kimidir

Lavrov: Qərb ağır yaralanmış heyvan kimidir

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

30 Sentyabr 2026 - 00:00
Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57
Rusiya neft emalı zavodlarını məxfiləşdirir

Rusiya neft emalı zavodlarını məxfiləşdirir

29 Sentyabr 2026 - 20:28
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16
Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub

29 Sentyabr 2026 - 20:13
Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10
Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

29 Sentyabr 2026 - 20:00
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

29 Sentyabr 2026 - 19:20
Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

29 Sentyabr 2026 - 19:07
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

29 Sentyabr 2026 - 18:56
“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

29 Sentyabr 2026 - 18:48
Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

29 Sentyabr 2026 - 18:37
Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

29 Sentyabr 2026 - 18:29
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

29 Sentyabr 2026 - 18:20
Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

29 Sentyabr 2026 - 17:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.