Ölkəmiz milli monitorinq sisteminin modernləşdirilməsinə investisiya qoyulması istiqamətində mühüm addımlar atıb.
Elchi.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransının ikinci günündə təşkil edilən panel sessiyada çıxışında deyib.
O bildirib ki, Azərbaycan geniş meteoroloji müşahidə sisteminə malikdir.
“Son 5 il ərzində 2026-cı ilin investisiyaları nəzərə alınmaqla, bu sistemlərin 82%-i artıq avtomatlaşdırılıb.
Lakin bu, erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində əsas və birinci pillədir. Qarşıda həyata keçirilməli bir sıra mühüm hədəflər mövcuddur. Çünki, İqlim dəyişmələri artıq uzaqda baş verən bir təhlükə deyil. Bu, təsirlərini bu gün və burada yaşadığımız reallıqdır”, – o vurğulayıb.


















