"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

IV Şuşa Qlobal Media Forumu həqiqətin bərpasını və etimadın yenidən qurulmasını dünyaya təqdim edir

14 İyul 2026 - 15:52
in MANŞET
FacebookVatsap

İyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumu növbəti dəfə Azərbaycanın regionda təşəbbüskar və lider, faydalı dialoqlara hədsiz dərəcədə açıq və iradəli mövqeyini nümayiş etdirdi.

Bunu da oxuyun

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

Prezident İlham Əliyevin dörd saata yaxın müddətdə müxtəlif dövlətlərin nüfuzlu media orqanlarının suallarını əhatəli və dolğun şəkildə cavablandırması, hadisələrə yeni baxış rakursundan şərh verməsi ilk növbədə, Azərbaycan Liderinin azad sözə və fikrə olan yüksək münasibətini əks etdirir. Forumun mövzusundan göründüyü kimi, Azərbaycanın regionda yaratdığı reallıqlar həqiqətin bərpası və etimadın yenidən qurulmasında başlıca rol oynamaqdadır və bu həqiqətləri 53 ölkədən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs görür, qlobal informasiya auditoriyasına təqdim edir.

Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. Bu baxımdan, Forum xarici media orqanları üçün Azərbaycan və Qarabağ haqqında əsl gerçəklikləri, baş verən müsbət dəyişiklikləri və inkişaf edən hadisələri yerindəcə izləməklə həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılmasında unikal fürsət yaradır.
İndi Qarabağa səfər edən media nümayəndələri mükəmməl quruculuq meydançasını, əsrarəngiz memarlıq üslubu ilə inşa edilən şəhərləri, yeni salınmış mənzillərdə yaşayan insanları görürlər.

Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, “bu, müxtəlif meyarların kombinasiyasıdır. Birincisi, hər dəfə, hər il Forumun mövzusu sadəcə cari çağırışları əks etdirir. İkincisi, mühit çox mehriban, çox müsbətdir və müxtəlif mediadan olan bir çox insanlar, əminəm ki, Şuşada görüşlərdən sonra yaxın dostlara çevrilirlər. Əlbəttə ki, bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir”.

Beləliklə, mövcud mənzərəni heç kimə izah etməyə ehtiyac qalmır, dünya media icması özü hadisələrin mərkəzindədir. Bu yaradılmış imkanlar isə ölkəmizin mediaya nə qədər açıq olduğunu, demokratik informasiya mühiti təmin etdiyini təsdiqləyir.

Forumda Prezident İlham Əliyev regional və beynəlxalq təhlükəsizlik, Cənubi Qafqazın geosiyasi durumu və Azərbaycan-Ermənistan sülh prosesində əldə edilən müsbət dəyişikliklər, trans-nəqliyyat və enerji dəhlizlərində ölkəmizin oynadığı mühüm rol, dünyada artan risklər fonunda güclü sabitliyin əhəmiyyəti və digər məsələlərə özünəməxsus analitik yanaşması ilə qiymət verməklə bir daha ədalətli və obyektiv mövqeyini təsdiqlədi.

Forumda diqqət çəkən mühüm amillərdən biri Azərbaycanın geosiyasi və geoiqtisadi mühitdə mövqeyinin son dövrlərdə daha da güclənməsi ilə bağlı oldu. Xarici media təmsilçilərinin ünvanladıqları suallara verilən cavablarda ölkəmizin beynəlxalq enerji-nəqliyyat dəhlizlərinin təşəbbüskarı və müəllifinə çevrilməsi, Cənubi Qafqaz, Xəzər və Mərkəzi Asiya regionunda etibarlı mövqe tutması barədə ətraflı məlumat verildi.
Cənab İlham Əliyevin bəyan etdiyi kimi, qonşularla qarşılıqlı əlaqələr olmadan, heç zaman tranzit ölkəyə çevrilmək mümkün deyil. Azərbaycan bölgənin nəqliyyat arxitekturasının zənginləşməsinə illərlə irihəcmli sərmayələr yönəldib, əsaslı modernləşdirmə quruculuğu həyata keçirib. 10 ildən artıq yorulmadan çalışaraq öz coğrafi mövqeyi və üstünlüklərindən istifadə etməklə çoxtərəfli əməkdaşlıq üçün real platforma yaradıb. Avrasiyanın böyük coğrafi məkanında, Şərq və Qərb, Şimal və Cənub istiqamətlərdə geniş beynəlxalq əməkdaşlığı qurmaq, çoxtərəfli enerji alyansı yaratmaq məhz bu qətiyyətin, sarsılmaz quruculuğun sayəsində ərsəyə gəlib.

Regional əməkdaşlığın nümunəvi formatlarıdan biri də Mərkəzi Asiya-Azərbaycan vahid iqtisadi və siyasi məkanın formalaşdırılmasıdır. Bu yeni birlik bağlantılar, nəqliyyat, logistika layihələrinin icrası istiqamətində mühüm fayda verir və Avrasiya körpüsündə Azərbaycanın strateji yerini gücləndirir, Özbəkistan, Qazaxıstan və digər ölkələrlə fəal təmaslar qlobal kommunikasiyaların ritmini artırır.

Regionun kommunikasiya xəritəsini zənginləşdirən Azərbaycan, eyni zamanda, Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə imzaladığı Qarabağ Bəyannaməsinin ən mühüm hədəfi olan Orta Dəhlizə inteqrasiyanın gücləndirilməsinə töhfələr verir. Artıq XXI əsrin İpək Yolu sayılan Orta Dəhliz ailəsinin coğrafi hüdudları genişlənir, Çindən Azərbaycana və əks istiqamətdə tranzit həcmləri artır. Azərbaycandan Çinə və əks-istiqamətdə qatarının hərəkəti isə ölkəmizin həm ixrac potensialını, həm də tranzit ölkə olaraq regional əhəmiyyətini ötən il daha da artırıb və nəqliyyat infrastrukturumuz Orta Dəhlizə tam inteqrasiya olunub.

Azərbaycan Dəmir Yolu, Abşeron Logistika Mərkəzi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” də bu logistika zəncirinə qoşulub. Dəniz Ticarət Limanı bu gün 15 milyon ton imkanı ilə Xəzərdə ən iri limandır və həcmin 25 milyon tona çatdırılması istiqamətində fəal işlər aparılır. Eləcə də Avropaya və geriyə yükləri daşımaq üçün öz Gəmiqayırma zavodunda 10 gəmi inşa olunur ki, tranzit pozulmalarının baş verdiyi bir dövrdə, Azərbaycanın mərkəzi körpüyə çevirərək daha cəlbedici edir. Bir sözlə, həmin meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır.

Ölkəmizin yaratdığı yeni reallıqlar fonunda bölgənin coğrafiyası və logistika xəritəsi dəyişir, Zəngəzur dəhlizinin Orta Dəhliz zəncirinə qoşulması üçün səylər gücləndirilib. Zəngəzur dəhlizi vacib layihə kimi təkcə Azərbaycanla Naxçıvan Muxtar Respublikasını birləşdirməyəcək, Cənubi Qafqazda iqtisadi əməkdaşlığın genişlənməsinə, beynəlxalq yükdaşımaların sürətlənməsinə və regionun tranzit potensialının daha da güclənməsinə töhfə verəcək.

Beləliklə, Şuşa Forumu regional və beynəlxalq proseslərin ali tribunası, geniş təqdimat platforması, informasiya və media diplomatiyasının uğuru olaraq xarakterizə edilə bilər.

Ramid Namazov
Milli Məclisin deputatı

Previous Post

Küləkli hava ilə bağlı SARI XƏBƏRDARLIQ

Next Post

FHN: Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışlarına helikopter cəlb olunub – VİDEO

Bənzər yazılar

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

11 Sentyabr 2026 - 21:37

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günündə Xankəndi və Şuşa şəhərlərində bir sıra məkanlara...

Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək

Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək

11 Sentyabr 2026 - 18:14

İran hakimiyyəti Fars və Oman körfəzləri ölkələrinin xarici işlər nazirləri səviyyəsində bazar ertəsi Omanda keçiriləcək görüşündə iştirak etməyi planlaşdırır. Elchi.az...

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

10 Sentyabr 2026 - 16:00

Latviya hakimiyyəti Rusiya ilə sərhəddəki müdafiə qurğularını modernləşdirmək məqsədilə növbəti yeddi il ərzində Avropa İttifaqından (Aİ) 7 milyard avro vəsait...

Merz Trampla danışıqdan imtina edib

Merz Trampla danışıqdan imtina edib

09 Sentyabr 2026 - 17:38

Almaniya kansleri Fridrix Merz çərşənbə gününə planlaşdırılan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığını keçirməkdən imtina edib. Elchi.az xəbər verir...

Next Post
FHN: Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışlarına helikopter cəlb olunub – VİDEO

FHN: Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışlarına helikopter cəlb olunub - VİDEO

Lavrovdan ABŞ-ın İrana endirdiyi zərbələr barədə SƏRT AÇIQLAMA

Lavrovdan ABŞ-ın İrana endirdiyi zərbələr barədə SƏRT AÇIQLAMA

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

11 Sentyabr 2026 - 23:26
Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

11 Sentyabr 2026 - 23:24
Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

11 Sentyabr 2026 - 23:22
Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

11 Sentyabr 2026 - 23:20
Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

11 Sentyabr 2026 - 21:42
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti uzadılıb

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti uzadılıb

11 Sentyabr 2026 - 21:39
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

11 Sentyabr 2026 - 21:37
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir

Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir

11 Sentyabr 2026 - 21:33
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq

Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq

11 Sentyabr 2026 - 19:25
Xarici diplomatlar Qarabağ Universitetində olublar

Xarici diplomatlar Qarabağ Universitetində olublar

11 Sentyabr 2026 - 19:17
Dunay çayında rekord quraqlıq: suyun səviyyəsi tarixi minimuma düşüb

Dunay çayında rekord quraqlıq: suyun səviyyəsi tarixi minimuma düşüb

11 Sentyabr 2026 - 19:08
Almaniyada qatardan düşməkdən imtina edən qadın polisi dişləyib

Almaniyada qatardan düşməkdən imtina edən qadın polisi dişləyib

11 Sentyabr 2026 - 18:54
Premyer Liqa: “Neftçi” səfərdə “İmişli”yə qalib gəldi

Premyer Liqa: “Neftçi” səfərdə “İmişli”yə qalib gəldi

11 Sentyabr 2026 - 18:40
Lukaşenko: “30 il oğurluq etməmişəm, bundan sonra da etməyəcəyəm”

Lukaşenko: “30 il oğurluq etməmişəm, bundan sonra da etməyəcəyəm”

11 Sentyabr 2026 - 18:29
Norveç şahzadəsi Astrid Mod İngeborq vəfat edib

Norveç şahzadəsi Astrid Mod İngeborq vəfat edib

11 Sentyabr 2026 - 18:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.