"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Dövlət başçısı: Azərbaycan artıq Çindən müəyyən təyinatlı hərbi məhsullar əldə edib

13 İyul 2026 - 11:30
in DÜNYA
FacebookVatsap

Ötən il Çin Xalq Respublikasına dövlət səfərim və Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanmasından sonra bütün istiqamətlər üzrə əməkdaşlığımızda çox ciddi fəallaşma baş verib.

Bunu da oxuyun

Zelenski: Rusiya balistik raket istehsalını artırmağı planlaşdırır

Suriya vilayətində partlayış: İki nəfər həlak olub

Türkiyə PUA-sı Yunanıstanın hava məkanını pozdu: F-16-lar havalandırıldı

Elchi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

“Ötən il Çin Xalq Respublikasına dövlət səfərim və Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanmasından sonra bütün istiqamətlər üzrə əməkdaşlığımızda çox ciddi fəallaşma baş verib. Bu, siyasi, iqtisadi, nəqliyyat və digər bütün sahələri əhatə edir. Biz bundan çox məmnunuq və bu əməkdaşlığa böyük əhəmiyyət veririk. Hazırda Azərbaycanda daha çox Çin şirkəti fəaliyyət göstərir. Onların bir qismi artıq iri investisiya layihələri həyata keçirir, digərləri isə müxtəlif infrastruktur layihələrində iştirak edirlər”, – dövlət başçısı deyib.

Prezident İlham Əliyev dövlət səfəri zamanı Çinin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlər keçirdiyini xatırladıb: “Məmnunluqla qeyd edirəm ki, onların Azərbaycandakı fəaliyyəti artıq real nəticələr verir. Onlar son dərəcə səmərəli, operativ və yüksək keyfiyyətlə işləyirlər. Biz əməkdaşlığımızın yeni bir istiqamətini də açmışıq. Bu, müdafiə sahəsində əməkdaşlıqdır. Azərbaycan artıq Çindən müəyyən təyinatlı hərbi məhsullar əldə edib. Onların bir hissəsi Qələbəmizin beşinci ildönümünə həsr olunmuş hərbi paradda nümayiş etdirildi. Digər hissəsi hazırda ölkəmizə gətirilir, bəzi layihələr isə hələ müzakirə mərhələsindədir. Biz hərbi-texniki əməkdaşlığın inkişafında çox maraqlıyıq.

Orta Dəhlizə gəlincə, Çindən Azərbaycan vasitəsilə daşınan, eləcə də Azərbaycana yönələn yüklərin həcmi artmaqda davam edir. Artıq qeyd etdiyim kimi, biz əsasən Çindən və Mərkəzi Asiya ölkələrindən gözlənilən yeni yük axınlarını nəzərə alaraq ticarət limanımızın gücünü demək olar ki, iki dəfə artırırıq. Bu sahədə artıq uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb. Eyni zamanda, dəhliz boyunca yerləşən bir çox ölkələrlə çoxtərəfli əməkdaşlıq da uğurla inkişaf edir. Azərbaycanda günəş enerjisinin inkişafı istiqamətində çoxsaylı layihələr həyata keçirilir. Çin şirkətləri bu sahəyə investisiya yatırmağa nisbətən yaxın vaxtlarda başlasalar da, ölkəmizdə quraşdırılmış bütün günəş panelləri, hətta qeyri-Çin şirkətlərinin həyata keçirdiyi layihələr çərçivəsində istifadə olunan panellər belə Çin istehsalıdır. Yəni Azərbaycanda gördüyünüz istənilən günəş paneli, onu hansı şirkətin quraşdırmasından asılı olmayaraq, Çində istehsal olunub. Bu sahədə qiymət və keyfiyyət baxımından heç bir ölkə Çin istehsalçıları ilə rəqabət apara bilmir. Təsadüfi deyil ki, hazırda Çin şirkətlərindən biri Azərbaycanda günəş panellərinin istehsalı zavodunun tikintisini həyata keçirir. Bu müəssisə gələcəkdə ixrac üçün də məhsul istehsal edəcək”.

Prezident İlham Əliyevin sözlərinə görə, ikitərəfli əməkdaşlığın son dövrdəki mühüm hadisələrindən biri də BYD şirkəti ilə elektrik avtobuslarının birgə istehsalı layihəsidir: “Hazırda şəhərdə bunu görmək mümkündür. Bizim iki rəngdə avtobuslarımız var – yaşıl rəngli elektrik avtobusları və ənənəvi qırmızı avtobuslar. Yaşıl avtobusların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Beləliklə, əməkdaşlıq üzrə çoxlu layihələr həyata keçirilir. Münasibətlərimizin inkişafından çox razıyıq. Bizi sevindirən digər məqam isə odur ki, dövlət rəhbərləri səviyyəsində qəbul olunan siyasi qərarlardan konkret layihələrin icrasına keçid çox qısa müddətdə baş verir. Bu xüsusiyyət Çin şirkətlərini bir çox digər tərəfdaşlardan müsbət mənada fərqləndirir. Bəzi şirkətlərlə aylarla, hətta illərlə danışıqlar aparmaq lazım gəlir, sonra isə layihələrin həyata keçirilməsi prosesi də uzanır. Çin şirkətləri ilə isə bütün işlər dəqiq qrafik üzrə irəliləyir. Həm mən, həm də Çin şirkətləri ilə əməkdaşlığa cavabdeh olan bütün dövlət qurumları bu əməkdaşlıqdan çox razıdır”.

 

Previous Post

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 4490-a çatıb

Next Post

ABŞ İrana qarşı daha bir zərbə seriyasının başa çatdığını elan etdi

Bənzər yazılar

Zelenski: Rusiya balistik raket istehsalını artırmağı planlaşdırır

Zelenski: Rusiya balistik raket istehsalını artırmağı planlaşdırır

28 Avqust 2026 - 18:13

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) yenilənmiş məlumatlarına görə, Rusiya balistik raketlərin istehsalını artırmağı planlaşdırır. Elchi.az xəbər verir ki,...

Suriya vilayətində partlayış: İki nəfər həlak olub

Suriya vilayətində partlayış: İki nəfər həlak olub

28 Avqust 2026 - 17:35

Suriyanın Həsəkə vilayətində Ədliyyə Sarayının binası yaxınlığında baş verən partlayış nəticəsində iki nəfər, o cümlədən 13 yaşlı uşaq həlak olub....

Türkiyə PUA-sı Yunanıstanın hava məkanını pozdu: F-16-lar havalandırıldı

Türkiyə PUA-sı Yunanıstanın hava məkanını pozdu: F-16-lar havalandırıldı

28 Avqust 2026 - 17:06

Cümə günü səhər saatlarında Türkiyəyə məxsus pilotsuz uçuş aparatı (PUA) Yunanıstanın məsuliyyət zonasına daxil olaraq Samofrakiya və Lemnos adaları arasındakı...

“Rusiya danışıqlar dövründə atəşkəs elan etməyəcək” – Lavrov

“Rusiya danışıqlar dövründə atəşkəs elan etməyəcək” – Lavrov

28 Avqust 2026 - 16:58

“Rusiya tərəfi Ukrayna üzrə nizamlanma çərçivəsində mümkün yeni yanaşmaları dinləməyə hazırdır”. Elchi.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri...

Next Post
ABŞ İrana qarşı daha bir zərbə seriyasının başa çatdığını elan etdi

ABŞ İrana qarşı daha bir zərbə seriyasının başa çatdığını elan etdi

Banqladeşdə daşqınlar: Ölənlərin sayı artır

Banqladeşdə daşqınlar: Ölənlərin sayı artır

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Zelenski: Rusiya balistik raket istehsalını artırmağı planlaşdırır

Zelenski: Rusiya balistik raket istehsalını artırmağı planlaşdırır

28 Avqust 2026 - 18:13
Şəhid övladları İzmirdə “IV Kosmik Düşərgə”də iştirak ediblər

Şəhid övladları İzmirdə “IV Kosmik Düşərgə”də iştirak ediblər

28 Avqust 2026 - 17:56
Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb

Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb

28 Avqust 2026 - 17:44
Suriya vilayətində partlayış: İki nəfər həlak olub

Suriya vilayətində partlayış: İki nəfər həlak olub

28 Avqust 2026 - 17:35
“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaş qəbulu keçirdi

“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaş qəbulu keçirdi

28 Avqust 2026 - 17:27
Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

28 Avqust 2026 - 17:15
Türkiyə PUA-sı Yunanıstanın hava məkanını pozdu: F-16-lar havalandırıldı

Türkiyə PUA-sı Yunanıstanın hava məkanını pozdu: F-16-lar havalandırıldı

28 Avqust 2026 - 17:06
“Rusiya danışıqlar dövründə atəşkəs elan etməyəcək” – Lavrov

“Rusiya danışıqlar dövründə atəşkəs elan etməyəcək” – Lavrov

28 Avqust 2026 - 16:58
İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

28 Avqust 2026 - 16:46
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

28 Avqust 2026 - 16:32
Avropa Liqası: “Beşiktaş”ın rəqibləri bilinib

Avropa Liqası: “Beşiktaş”ın rəqibləri bilinib

28 Avqust 2026 - 16:25
Kəlbəcərə diametri 15–20 mm olan dolu yağıb – FAKTİKİ HAVA

Kəlbəcərə diametri 15–20 mm olan dolu yağıb – FAKTİKİ HAVA

28 Avqust 2026 - 16:17
Azərbaycanın yeni daimi nümayəndəsi etimadnaməsini UNESCO-nun baş direktoruna təqdim edib

Azərbaycanın yeni daimi nümayəndəsi etimadnaməsini UNESCO-nun baş direktoruna təqdim edib

28 Avqust 2026 - 16:11
Suriya Prezidenti kürd lideri özünə müşavir təyin edib

Suriya Prezidenti kürd lideri özünə müşavir təyin edib

28 Avqust 2026 - 16:00
“Özümü birbaşa efirdə öldürəcəyəm”-Panikada olan saxta “beynəlxalq hüquq müdafiəçisi” intihar şantajına keçdi – VİDEO

“Özümü birbaşa efirdə öldürəcəyəm”-Panikada olan saxta “beynəlxalq hüquq müdafiəçisi” intihar şantajına keçdi – VİDEO

28 Avqust 2026 - 15:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.