24 iyunda Venesuelada baş verən iki böyük zəlzələdə həyatını itirənlərin sayı 4490-a çatıb.
Elchi.az xəbər verir ki, Venesuela Milli Assambleyasının (AN) prezidenti Xorxe Rodrigez sosial mediada zəlzələlərlə bağlı açıqlamalar verib.
Rodrigez fəlakətdə ölənlərin sayının 157 nəfər artaraq 4490-a çatdığını, yaralıların sayının isə 16740 olduğunu bildirib.
Rodrigez zəlzələlərdən sonra 120794 ailəyə humanitar yardım çatdırıldığını və ən çox itkinin baş verdiyi La Quayra, Karakas və Miranda ştatlarında qurulan müvəqqəti çadır şəhərciklərinin sayının 108-ə çatdığını qeyd edib.
Milli medianın məlumatına görə, Venesuela hökuməti zəlzələ fəlakətindən sonra mənzil ehtiyaclarını dəqiq müəyyən etmək üçün biometrik əhali siyahıyaalma tədqiqatlarına başladığını açıqlayıb.
Hökumət ilkin qiymətləndirmələrə görə, təxminən 25000 yeni evin tikilməsinə ehtiyac ola biləcəyini gözləyir.
Şayəstə





















