Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) yenilənmiş məlumatlarına görə, Rusiya balistik raketlərin istehsalını artırmağı planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski GUR rəhbəri İvaşşenkonun məruzəsinə istinadən bildirib.
Bu fonda Zelenski tərəfdaşlarını Rusiyanın raket istehsalında istifadə etdiyi komponentlərin, avadanlıqların və dəzgahların tədarükünü tamamilə bloklamağa çağırıb. Onun sözlərinə görə, “xarici komponentlər olmadan rusiyalılar raket proqramlarının heç bir bəndini həyata keçirmək iqtidarında deyillər”.
Öz növbəsində Zelenski qeyd edib ki, kəşfiyyat Ukraynanın Rusiyanın hərbi müəssisələrinə və neft hasilatı obyektlərinə endirdiyi zərbələrin yüksək effektivliyini təsdiqləyib. Həmçinin bir neçə Neft Emalı Zavodunun (NEZ), o cümlədən ildə 17 milyon ton neft emal edən ən böyük zavodlardan birinin — Nijni Novqorod vilayətinin Kstovo şəhərindəki NEZ-in fəaliyyətinin dayandırıldığı təsdiqlənib.
Məryəm





















