EN RU

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nüvə obyektlərində yoxlamaları bərpa etməsi üçün ölkənin təhlükəsizlik narahatlıqlarının nəzərə alınmasını tələb edir.

Bunu da oxuyun

Elchi.az xəbər verir ki, bu barədə “Al Jazeera” İranın Vyanadakı daimi nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələr təhlükəsizlik şəraitini dəyişib: “Mövcud vəziyyətdə agentliyin müntəzəm yoxlamalarının aparılması mümkün deyil”.

İran tərəfi yoxlamaların bərpası zamanı yeni təhlükəsizlik şərtlərinin nəzərə alınmasını vacib sayır.

“Normal şəraitdən kənar vəziyyətdə təminat tədbirlərinin adi qaydada tətbiqini bərpa etmək mümkün deyil”.

Nümayəndəlik AEBA-nın Rəhbərlər Şurasını diqqəti mövcud böhranın əsas səbəblərinin aradan qaldırılmasına yönəltməyə çağırıb.

Bənzər yazılar

Next Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com