Bütün müstəqil ölkələr ABŞ-nin İrana qarşı iqtisadi müharibəsində iştirak etməkdən imtina etməli və İrana qarşı sanksiyalarının heçbirini tanımamalıdır.
Elchi.az xəbər verir ki, bu barədə çağırışı İslam Respublikasının Xarici İşlər Nazirliyi dərc edib.
“ABŞ-nin İrana qarşı iqtisadi sanksiyaları, adından və formasından asılı olmayaraq, BMT Nizamnaməsini, beynəlxalq humanitar hüququ və insan hüquqlarını pozan tamamilə qanunsuz və əsassız tədbirlərdir. Bura əsaslanaraq, bütün ölkələr bu cür sanksiyalara əməl etməkdən və onları icra etməkdən çəkinməyə borcludurlar. Bundan əlavə, bütün dövlətlər bu qanunsuz hərəkətlərdən irəli gələn vəziyyətləri və ya nəticələri tanımamağa və dəstəkləməməyə borcludurlar”, — deyə bəyanatda göstərilir.
İran XİN hesab edir ki, digər ölkələrin ABŞ tərəfində iqtisadi müharibədə iştirak etməsi “bir dövlətin iradəsinin digər müstəqil ölkələrə qanunsuz olaraq diktə edilməsinə” bərabərdir ki, bu da BMT Nizamnaməsinin növbəti kobud pozuntusudur.
Məryəm





















