Cümə günü səhər saatlarında Türkiyəyə məxsus pilotsuz uçuş aparatı (PUA) Yunanıstanın məsuliyyət zonasına daxil olaraq Samofrakiya və Lemnos adaları arasındakı dəniz zonasında onun hava məkanını pozub.
Elchi.az xəbər verir ki, bu barədə “Kathimerini” nəşri məlumat yayıb.
PUA “Aegean” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin uçuşa hazırlaşdığı anda Aleksandrupolis hava limanına yaxınlaşıb. Cavab olaraq Yunanıstan Hərbi Hava Qüvvələri aparatı aşkar etmək, tanımaq və qarşısını almaq üçün iki F-16 qırıcısını havaya qaldırıb.
Mülki Aviasiya Xidmətinin Yunanıstan HHQ ilə qarşılıqlı əməkdaşlığı nəticəsində sərnişin reysi üçün təhlükə yaratmadan PUA-nı hava limanı ərazisindən uzaqlaşdırmaq mümkün olub. Bu zaman təhlükəsizlik mülahizələrinə görə “Aegean” təyyarəsinin marşrutu dəyişdirilib və təhlükəli zonadan çıxana qədər ona aşağı hündürlüyü qorumaq tapşırılıb.
Məryəm





















