Vaşinqton administrasiyası F-35 qırıcılarının Türkiyəyə təhvil verilməsi imkanını nəzərdən keçirir və bu məsələ ilə bağlı Konqreslə işləyir.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti J.D.Vens bildirib.
ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte arasında Ağ Evdə keçirilən görüşdə iştirak edən Vens qeyd edib:
“Mən bilirəm ki, ABŞ-ın müdafiə naziri Pit Hegseth və bütün komanda hazırda bu məsələni nəzərdən keçirir, çünki ABŞ qanunlarına uyğunluğu təmin etmək üçün təsdiq edilməli olan bəzi şeylər var. Prezident bunu bizə tapşırıb. Bu, mahiyyətcə Konqresə aid bir məsələdir. Söhbət Türkiyənin F-35-ləri ala bilməsi üçün ABŞ qanunlarına əməl edib-etməməsindən gedir”, – deyə Vens qeyd edib.
Yeganə





















