"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“İran daxili və xarici siyasətinə yenidən baxmalıdır”-Qüdrət Həsənquliyev

17 İyun 2026 - 09:54
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

Bunu da oxuyun

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

– Qüdrət bəy, İran və ABŞ atəşkəs və Hörmüz boğazının açılması barədə memorandum imzaladılar. Hər iki tərəf özünü qalib hesab edir, hansı daha haqlıdır?

– Tərəflər müharibədən əvvəlki vəziyyətə qayıtdılar. ABŞ qalib gəlmədi, İran bütün itkilərə baxmayaraq məğlub olmadı. Müharibənin başlaması uğursuzluq, sülh isə hər iki tərəfin qələbəsidir. Sülh üçün tərəflərin müəyyən güzəştlərə getməsi lazım idi. Hər iki tərəfin müdrikliyi çatdı ki, bunu etsin. Sülh Trampa ona görə lazımdır ki, qarşıdan Konqresə seçkilər gəlir və neftin qiymətini aşağı salmaq üçün bu son dərəcə vacib idi. İrana da sülh ona görə lazım idi ki, iqtisadiyyatı neft gəlirlərindən asılı olan ölkənin neft sata bilməməsi iqtisadiyyatı çökdürürdü, əhalinin güzəranı hər keçən gün bir az da ağırlaşırdı.
Memorandum imzalanmasına baxmayaraq yekun sülh sazişi üçün ciddi təhlükələr qalmaqdadır. Müharibənin başlanmasına səbəb olan əsas məsələlər barədə hələ razılıq əldə olunmayıb. 60 gün ərzində buna nail olunacağı da şübhələr doğurur. Ümid edək ki, tərəflər bütün məsələlər üzrə anlaşa biləcəklər.

– Bir çox siyasi ekspertlər sülh razılaşmasından sonra İran daxilində ciddi çalxalanmaların olacağını söyləyir. Siz necə düşünürsünüz?

– Müdriklər söyləyirlər ki, dəyişiklik rüzgarı əsəndə onun qarşısına hasar çəkmək yox, yelkənləri qaldırmaq və açmaq lazımdır. İranda böyük islahatlara gedilməsə, gələcəkdə vətəndaş qarşıdurması qaçılmaz olacaq. İran beynəlxalq sanksiyaların qaldırılması üçün cəsarətli qərarlar qəbul etməli, daxildə ciddi islahatlar həyata keçirməlidir. Bunun əvəzinə repressiyalar, edamlar davam etdirilsə, iplər daha da çəkilsə, ya iplər qırılacaq, ya da cəmiyyət boğulacaq. Bundan isə, iqtidar da daxil olmaqla, hamı əziyyət çəkəcək. Bu gün qorxu altında olan hər bir məmur iqtidara sadiqliyini sübut etmək üçün kəndirçəkmə yarışlarında olduğu kimi ipin bir ucundan yapışıb var gücü ilə dartır, yaxud Allahdan qorxmayaraq, ədalətsizcəsinə ipi kiminsə boynuna keçirir. Amma anlamır ki, belə bir mühitdə bir gün “gülüşü”, yaxud “pencəyinin” rəngi kiminsə xoşuna gəlməyəndə, yaxud sifətini görməkdən kimsə yorulanda həmin ipdən birini də onun boynuna keçirəcəklər.
İnsanlar mövcud problemlərdən narahatlıq ifadə edirsə, bunu narazılıq, rejimə qarşı olma kimi qəbul, yaxud təqdim edib həmin şəxsləri repressiyaya məruz qoymaq yanlış yoldur. Problemləri öz korporativ maraqları üçün ört – basdır edənlər, tənqid olunmalı şəxsləri tərifləyib himayə edənlər, tənəzzülü iqtisadi inkişaf kimi təqdim edənlər, tənqidi boğanlar özlərini düşünən karyeristlərdir ki, cəmiyyətə də, iqtidara da ən böyük ziyanı vuran elə onlardır. İran daxildə barış üçün addımlar atmalı, daxili və xarici siyasətinə yenidən baxmalıdır. Həmişə söyləyirəm ki, İran yalnız qonşumuz deyil, eyni zamanda həm də soydaşlarımızın yaşadığı bir müsəlman ölkəsidir. Biz İranın təkamül yolu ilə, qansız – qadasız yolla inkişafını istəyirik.

– Rusiya ilə Ukrayna arasında da barış ola bilərmi?

– Rusiya ABŞ-dən nümunə götürməlidir. ABŞ görəndə ki,100% istədiyi alınmır, başa düşdü ki, dayanmaq lazımdır. Rusiya-Ukrayna cəbhəsində hər ay döyüş meydanlarında on minlərlə insan ölür. Bu qətliam dayandırılmalıdır. İki qardaş xalqın bir-birini məhv etməsi çox üzücüdür. Müharibənin davam etməsi Rusiyaya yaxşı heç nə vəd etmir. İqtisadiyyat artıq müharibənin xərclərini qarşılaya bilmir. Ukrayna Rusiyanın dərinliklərindəki strateji obyektlərə zərbələr endirir, Rusiyanın daxilndə narazılıq artır. İranla müharibənin dayandırılmasında onun istifadə etdiyi ballistik raketlər mühüm rol oynadı. Düşünürəm Rusiyanın qarşısını ala bilmədiyi Ukraynanın uzaqmənzilli dronları da müharibənin dayandırılmasında əhəmiyyətli rol oynayacaq. XXI əsrin insanı bir-birini öldürməməlidir.

Previous Post

Rubio İranla əldə olunan razılaşmadan narazıdır

Next Post

FHN: Ötən sutka Bakıda 4 əməliyyat olub, 1 nəfər xilas edilib

Bənzər yazılar

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

15 Oktyabr 2026 - 16:58

Avropa İttifaqı ölkələrinin liderləri Vaşinqton və Kiyev arasında münasibətlərin daha da pisləşməsindən ehtiyat edərək Vladimir Zelenskini ABŞ Prezidenti Donald Trampa...

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

15 Oktyabr 2026 - 15:00

Almaniya kansleri Fridrix Merts Avropa İttifaqı (Aİ) liderlərini Ukraynaya dəstəyini gücləndirməyə çağırıb. Elchi.az xəbər verir ki, o, bu barədə Brüsseldə...

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

14 Oktyabr 2026 - 17:09

Özbəkistan Prezidenti uşaqlara qarşı cinsi zorakılığa görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanunu imzalayıb. Elchi.az xəbər verir ki, bu barədə Prezident...

Belarus NATO-nun yeni planını PİSLƏDİ

Belarus NATO-nun yeni planını PİSLƏDİ

14 Oktyabr 2026 - 15:00

Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Ruslan Varankov bildirib ki, Belarus NATO-nun yeni “Qələbə nəzəriyyəsi” planını pisləyir. Elchi.az bu barədə...

Next Post
FHN: Ötən sutka Bakıda 4 əməliyyat olub, 1 nəfər xilas edilib

FHN: Ötən sutka Bakıda 4 əməliyyat olub, 1 nəfər xilas edilib

Koreya və OpenAI süni intellekt risklərinə qarşı birləşdi

Koreya və OpenAI süni intellekt risklərinə qarşı birləşdi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

15 Oktyabr 2026 - 22:21
Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

15 Oktyabr 2026 - 22:19
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

15 Oktyabr 2026 - 22:17
Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

15 Oktyabr 2026 - 22:15
ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

15 Oktyabr 2026 - 21:58
IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

15 Oktyabr 2026 - 19:29
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

15 Oktyabr 2026 - 19:09
Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15 Oktyabr 2026 - 18:51
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

15 Oktyabr 2026 - 18:43
COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

15 Oktyabr 2026 - 18:34
Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

15 Oktyabr 2026 - 18:26
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

15 Oktyabr 2026 - 18:17
Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

15 Oktyabr 2026 - 18:05
Dünya üçün Azərbaycan nümunəsi

Dünya üçün Azərbaycan nümunəsi

15 Oktyabr 2026 - 18:01
Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

15 Oktyabr 2026 - 17:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.