Tehran İran münaqişəsinin diplomatik yolla nizamlanmasına kömək edə biləcək istənilən ölkənin, xüsusilə də İranın strateji tərəfdaşı olan Çinin səylərini alqışlayır.
Elchi.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Yeni Delhidə keçirilən mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın Çin sədri Si Cinpinin vasitəçilik təklif etməsi barədə bəyanatını şərh edərkən bildirib.
“Biz kömək edə biləcək hər bir ölkəni, xüsusilə Çini yüksək qiymətləndiririk. Çin keçmişdə İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin bərpasında artıq köməklik göstərib”, — deyə Araqçi qeyd edib.
Onun sözlərinə görə, “İran Çin ilə çox yaxşı münasibətlərə malikdir və iki ölkə strateji tərəfdaşdır”. “Biz bilirik ki, Çin tərəfinin niyyəti xoşdur, ona görə də diplomatiyanı dəstəkləmək üçün onların tərəfindən atılacaq istənilən addım faydalı olacaq”, — deyə İran XİN rəhbəri vurğulayıb.
Məryəm





















