Volodimir Zelenski Belarusla sərhəddə, Çerniqov-Kiyev istiqamətində Ukrayna Silahlı Qüvvələrinin qruplaşmasının gücləndirilməsi barədə əmr verdiyini bildirib.
Elchi.az xəbər verir ki, o, bu barədə öz Telegram kanalında qeyd edib.
“Müdafiə və təhlükəsizlik qüvvələrimizə müvafiq istiqaməti gücləndirməyi tapşırdım”, — deyə o bildirib.
Zelenski əlavə edib ki, bu istiqamət üzrə “reaksiya planı” Ali Baş Komandanlıq Qərargahının iclasında təsdiqlənəcək.
Məryəm





















