Almaniya Kansleri Fridrix Merz bəyan edib ki, İran Hörmüz boğazını açmalı və danışıqlara qayıtmalıdır. O, həmçinin əlavə edib ki, Tehranın nüvə silahı əldə etməsinə icazə vermək olmaz.
Bu barədə Elchi.az Mersin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən məlumat yayıb.
“Çindən qayıdarkən Donald Trampla yaxşı telefon danışığım oldu. Razıyıq ki, İran dərhal danışıqlar masasına əyləşməlidir. O, Hörmüz boğazını açmalıdır. Tehranın nüvə silahına sahib olmasına icazə verilməməlidir. Biz həmçinin Ukrayna üçün sülh yolunu müzakirə etdik və Ankarada keçiriləcək NATO sammiti öncəsi mövqelərimizi uyğunlaşdırdıq. ABŞ və Almaniya güclü NATO daxilində güclü tərəfdaşlardır”, — deyə Merz “X” hesabında yazıb.
Məryəm





















