NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone bildirib ki, alyans Rusiyanı əsas təhlükə kimi görür və Moskvanın SSRİ-nin dağılmasından əvvəl əlində saxladığı əraziləri geri almağa çalışacağını gözləyir.
Elchi.az xəbər verir ki, bu barədə “RBC-UKRAINE” məlumat yayıb.
“Rusiya, şübhəsiz ki, bir nömrəli təhlükədir. Rusiyanın əvvəllər tutduqlarını geri almağa çalışacağını gözləmək olar. Mən SSRİ-nin dağılmasından əvvəlki dövrü nəzərdə tuturam”,-deyə Draqone qeyd edib.
O, Baltikyanı ölkələr üçün mümkün təhlükədən bəhs edib-etməməsi ilə bağlı aydınlaşdırıcı suala cavab olaraq qeyd edib ki, söhbət təkcə onlara aid deyil.
Admiral NATO-nun özünümüdafiə, çəkindirmə və 360 dərəcə mühafizə üzərində cəmləşdiyini vurğulayaraq, Arktikada və şərq istiqamətində alyans qüvvələrinin mövcudluğunu, eləcə də cənubdakı vəziyyətə ciddi diqqət yetirdiyini qeyd edib.
Yeganə





















