"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Praqa Bəyanatı: Qarabağ münaqişəsinin hüquqi yekunu, “uti possidetis juris” prinsipinin təsdiqi – TƏHLİL

09 Aprel 2026 - 19:07
in SİYASƏT
FacebookVatsap

Müasir beynəlxalq münasibətlər sistemi dərin geosiyasi transformasiya mərhələsindən keçir. Qlobal miqyasda paralel şəkildə baş verən münaqişələr, güc balansının dəyişməsi və beynəlxalq hüququn selektiv tətbiqi fonunda ayrı-ayrı münaqişələrin necə və hansı mexanizmlərlə həll olunduğu xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə Qarabağ münaqişəsinin başa çatması yalnız regional deyil, həm də beynəlxalq münasibətlər nəzəriyyəsi baxımından mühüm nümunə rolunu oynayır. Bu prosesin kulminasiya nöqtəsi isə 2022-ci il oktyabrın 6-da qəbul edilən Praqa Bəyanatı oldu.

Bunu da oxuyun

İraqla İran arasında 4 sənəd imzalanıb

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

Münaqişənin hərbi mərhələdən hüquqi mərhələyə keçidi

 

Qarabağ münaqişəsinin bitməsi çoxmərhələli və sistemli prosesin nəticəsidir. 44 günlük müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, uzun illər davam edən “status-kvo” dəyişdirildi. Lakin beynəlxalq praktikada münaqişələrin həlli yalnız hərbi nəticə ilə yekunlaşmır. Əsas məsələ bu nəticəni qarşı tərəfin də qəbul etməsi və hüquqi çərçivədə təsdiqləməsidir.

Azərbaycan və Ermənistan arasında sülh artıq çox yaxındır? - Politoloq ŞƏRH  EDİR

Məhz bu baxımdan Qarabağ məsələsində növbəti mərhələ siyasi və diplomatik müstəvidə davam etdi. Azərbaycanın strateji yanaşması yalnız hərbi üstünlük əldə etməklə kifayətlənmədi, eyni zamanda bu üstünlüyün beynəlxalq hüquq çərçivəsində legitimləşdirilməsinə yönəldi. Bu isə münaqişənin “dayandırılması” deyil, “bağlanması” anlayışını formalaşdırdı. Odur ki, Praqa Bəyanatı Qarabağ münaqişəsinin yalnız siyasi deyil, məhz hüquqi müstəvidə yekunlaşdırılmasını təmin edən əsas sənəd kimi çıxış edir.

Manipulyasiya cəhdləri və geosiyasi motivlər

Bununla belə, bəzi xarici dairələr tərəfindən Qarabağ məsələsinin yenidən gündəmə gətirilməsi cəhdləri müşahidə olunur. Bu cəhdlər, əsasən, geosiyasi maraqlardan qaynaqlanır və regionda yeni reallıqları dəyişmək istəyən aktorların mövqeyini əks etdirir.

Lakin bu cəhdlər hüquqi baxımdan əsassızdır. Çünki Praqa Bəyanatı ilə tərəflər beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqliklərini təsdiqləyiblər. Bu prinsiplər isə münaqişənin yenidən açılmasını istisna edir. Bu baxımdan, məsələni yenidən münaqişə kimi təqdim etmək cəhdləri yalnız siyasi ritorika səviyyəsində qalır.

Qarabağ münaqişəsi bitib, münaqişə tərəfləri olan Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı olaraq tanıyıb, sərhədlərin delimitasiyası və demarkasiyası aparılır, sülh sazişini paraflanıb, iki ölkə arasında münasibətlərin, o cümlədən iqtisadi münasibətlərin bərpası istiqamətində mühüm addımlar atılır, yekun sülh sazişinin bağlanması üçün lazımı işlər görülür. Bir sözlə, hər iki tərəf sülh üçün irəliləyir. Əvvəl Qarabağa görə münaqişə vəziyyətində olmuş Azərbaycan və Ermənistan problemin həll olunduğunu bəyan edib, sülh və sabitlik prosesinə başlayıbsa, kənar xarici ölkələrin və qüvvələrin Qarabağdan danışması yersiz göründüyü qədər, onların hansısa maraqlar güddüyünü də söyləməyə əsas verir. Eyni zamanda onların bu hərəkəti BMT sənədlərinə, beynəlxalq hüququn normal və prinsiplərinə də ziddir. Ən əsası, bu ölkələr və qüvvələr, nəhayət, anlamalıdır ki, Qarabağ münaqişəsi bitib, o səhifə bağlanıb və yersiz nostalgiyaları onları qeyri-ciddi vəziyyətə salır.

Çünki Praqa Bəyanatı yalnız keçmişi bağlayan sənəd deyil, həm də gələcəyi formalaşdıran hüquqi çərçivədir. Münaqişənin başa çatması regionda yeni əməkdaşlıq imkanları yaradır. Nəqliyyat layihələrinin reallaşdırılması, iqtisadi inteqrasiya və enerji əməkdaşlığı kimi istiqamətlər artıq prioritetə çevrilir.

Bu mərhələ regionun transformasiyasını nəzərdə tutur. Qarşıdurma modeli tədricən əməkdaşlıq modeli ilə əvəz olunur. Bu isə uzunmüddətli sabitlik və inkişaf üçün əsas zəmin yaradır.

Praqa Bəyanatı: hüquqi legitimliyin təmin edilməsi

Bütün bunları qeyd etməklə, yanaşı, ayrı-ayrı dairələrin və şəxslərin Qarabağ məsələsini ara-sıra xatırlatması Praqa Bəyanatının mahiyyəti və əhəmiyyəti üzərində dayanmağı, sənədin hüquqi tərəflərini bir daha diqqətə çatdırmağı zəruri edir.

Xüsusi olaraq vurğulanmalıdır ki, bu sənədin mahiyyəti klassik diplomatik razılaşma çərçivəsini aşaraq, daha geniş normativ məna kəsb edir və tərəflər arasında münasibətlərin hüquqi əsaslarını sistemli şəkildə müəyyənləşdirir. Başqa sözlə, Praqa Bəyanatı Qarabağ münaqişəsi ətrafında gedən müzakirələrə nöqtə qoyur.

2022-ci il oktyabrın 6-da qəbul edilən bu sənəd çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən BMT Nizamnaməsinə və 1991-ci il Almatı Bəyannaməsinə istinad edilməsi təsadüfi xarakter daşımır. Bu istinadlar tərəflərin münasibətləri beynəlxalq hüququn fundamental prinsipləri üzərində qurduqlarını açıq şəkildə təsdiqləyir və münaqişənin hüquqi çərçivədə bağlanmasını təmin edir.

Bu sənədin əsas gücü onun hüquqi sistemlilik yaratmaq qabiliyyətindədir. BMT Nizamnaməsinə istinad dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi prinsipləri hüquqi baza kimi təsbit edir. Eyni zamanda Almatı Bəyannaməsinə istinad postsovet məkanında formalaşmış inzibati sərhədlərin beynəlxalq hüquq baxımından legitimliyini bir daha təsdiqləyir. Bu iki istinadın sinxron şəkildə qəbul edilməsi tərəflər arasında hüquqi interpretasiya imkanlarını minimuma endirir və mübahisəli yanaşmalar üçün hüquqi boşluq buraxmır. Beləliklə, münaqişənin yalnız faktiki deyil, həm də normativ əsasları aradan qaldırılmış olur.

Praqa Bəyanatının ən mühüm nəticələrindən biri Ermənistanın ilk dəfə rəsmi səviyyədə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini qəbul etməsidir. Bu addım siyasi jestdən daha artıq məna daşıyır və beynəlxalq hüquq qarşısında götürülmüş öhdəlik kimi qiymətləndirilməlidir. Bu cür tanınma şəraitində hər hansı ərazi iddiasının hüquqi əsasları avtomatik olaraq aradan qalxır, nəticə etibarilə hüquqi mübahisə predmeti sıradan çıxır. Bu isə münaqişənin hüquqi əsasının ləğvi deməkdir.

Praqa Bəyanatının digər vacib aspekti onun gələcək dövlətlərarası münasibətlərin modelini müəyyən etməsidir. Sənəd yeni mərhələdə hüquqa əsaslanan qarşılıqlı tanınma və öhdəliklər sistemini formalaşdırır. Bu isə təkcə ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə regionda sabitlik arxitekturasının qurulması baxımından əhəmiyyətlidir.

Eyni zamanda Praqa Bəyanatı beynəlxalq legitimlik baxımından da xüsusi çəkisi olan sənəddir. O, yalnız iki dövlət arasında razılaşma deyil, beynəlxalq hüququn qəbul edilmiş prinsiplərinə uyğun çərçivədə formalaşdığı üçün daha geniş beynəlxalq tanınma potensialına malikdir. Bu isə Qarabağ məsələsinin beynəlxalq hüquq prizmasında artıq “qapanmış məsələ” kimi qəbul edilməsinə zəmin yaradır.

Nəticə olaraq, Praqa Bəyanatı mövcud reallıqları sadəcə təsdiqləmir, eyni zamanda bu reallıqların hüquqi geridönməzliyini təmin edən mexanizm yaradır. Bu baxımdan sənəd münaqişənin hüquqi final nöqtəsi olmaqla yanaşı, regionda yeni hüquqi-siyasi nizamın formalaşmasının əsasını təşkil edir.

Ermənistanın mövqeyində dəyişiklik

Vətən Səsi | Onlayn qəzet

Praqa Bəyanatı Ermənistanın uzun illər davam etdirdiyi siyasətdə ciddi dönüş yaratdı. Əvvəlki mərhələdə Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərinə selektiv yanaşır, ərazi bütövlüyü prinsipini ya inkar edir, ya da onu öz siyasi məqsədlərinə uyğun şəkildə şərh edirdi.

Lakin Praqada Ermənistan ərazi suverenliyi prinsipinin müasir beynəlxalq münasibətlərin əsas şərti olduğunu, sülh və sabitliyin yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında mümkünlüyünü qəbul etdi.

İkinci Qarabağ müharibəsindən sonra məhz Praqada Nikol Paşinyan Azərbaycanın beynəlxalq sərhədləri daxilində malik olduğu ərazi üzərində suverenliyini rəsmi şəkildə tanımaqla, Ermənistan tərəfindən Azərbaycana qarşı bu vaxta qədər irəli sürülən əsassız və beynəlxalq hüquqa zidd ərazi iddialarından imtina etdi.

Bu isə beynəlxalq səviyyədə hüquqi öhdəliklərin qəbul edilməsidir. Ermənistan BMT Nizamnaməsinə riayət edəcəyini bəyan etməklə, əvvəlki yanaşmadan imtina etdiyini göstərdi.

Bu dəyişiklik Qarabağ məsələsinin gələcəkdə yenidən mübahisə predmeti olmasının qarşısını alan əsas amildir. Çünki artıq Ermənistan beynəlxalq hüquq çərçivəsində öz mövqeyini müəyyənləşdirib.

“Uti possidetis juris” prinsipi və sərhədlərin toxunulmazlığı

Praqa Bəyanatının hüquqi mahiyyətini dərinləşdirən əsas elementlərdən biri “uti possidetis juris” prinsipinin faktiki şəkildə təsdiqlənməsidir. Bu prinsip beynəlxalq hüquqda dövlətlərin sərhədlərinin sabitliyini təmin edən fundamental mexanizmlərdən biri hesab olunur və xüsusilə dekolonizasiya və postsovet məkanında dövlət quruculuğu proseslərində geniş tətbiq olunub. Prinsipin mahiyyəti ondan ibarətdir ki, keçmiş inzibati sərhədlər müstəqil dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri kimi qəbul edilir.

Bu prinsipin Praqa Bəyanatı kontekstində qəbul edilməsi münaqişənin hüquqi təhlilində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Ermənistanın bu yanaşmanı qəbul etməsi keçmiş SSRİ respublikalarının mövcud olmuş inzibati sərhədlərinin hüquqi legitimliyini tanıması deməkdir. Bu isə Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq baxımından mübahisə predmeti olmadığını təsdiqləyir. Keçmiş Dağlıq Qarabağ inzibati ərazisi SSRİ vaxtında keçmiş Azərbaycan SSR-in tərkibində olduğuna görə, “uti possidetis juris” prinsipi təbii olaraq Azərbaycana münasibətdə də şamil olunur. Başqa sözlə, tarixi Azərbaycan torpağı olan Qarabağın bugünkü müstəqil Azərbaycanın ayrılmaz ərazisi olduğu heç bir sual və mübahisə doğurmur və doğura bilməz.

Burada mühüm məqam ondan ibarətdir ki, “uti possidetis juris” prinsipi yalnız sərhədlərin müəyyənləşdirilməsi ilə də məhdudlaşmır, eyni zamanda onların dəyişdirilməzliyini də nəzərdə tutur. Bu xüsusiyyət onu, sadəcə, texniki hüquqi norma deyil, həm də təhlükəsizlik mexanizmi kimi aktuallaşdırır. Çünki bu prinsipin qəbul edilməsi gələcəkdə sərhəd iddialarının ortaya çıxmasının qarşısını alan hüquqi baryer rolunu oynayır.

Praqa Bəyanatındə bu prinsipin təsdiqi tərəflər arasında potensial hüquqi mübahisələrin qarşısını əvvəlcədən alan struktur yaradır. Əgər sərhədlər beynəlxalq hüquq çərçivəsində tanınırsa, həmin sərhədlərə qarşı yönəlmiş hər hansı iddia artıq hüquqi legitimlikdən məhrum olur. Bu isə münaqişənin yenidən aktuallaşması riskini minimuma endirir.

Beləliklə, “uti possidetis juris” prinsipinin qəbul edilməsi münaqişənin hüquqi cəhətdən bağlanmasının əsas dayaqlarından biri kimi çıxış edir. Bu prinsip yalnız keçmişi hüquqi baxımdan yekunlaşdırmır, eyni zamanda gələcək üçün sabitlik təmin edən normativ çərçivə yaradır. Bu baxımdan onun Praqa Bəyanatında təsbit olunması regionda uzunmüddətli sülhün hüquqi təminatı kimi qiymətləndirilə bilər.

Suverenliyin qarşılıqlı tanınması və iddiaların aradan qalxması

İrəvandan Bakıya qarşı ağlasığmaz addım – Gərginlik yenidən arta bilər

Praqa Bəyanatının digər mühüm komponenti suverenliyin qarşılıqlı tanınması prinsipidir. Bu prinsip dövlətlərarası münasibətlərin təməlini təşkil edir və tərəflər arasında hər hansı ərazi iddiasının olmadığını göstərir.

Ermənistanın Azərbaycanın suverenliyini tanıması onun əvvəlki ərazi iddialarından imtina etməsi deməkdir. Bu isə Qarabağ məsələsinin beynəlxalq gündəlikdən çıxmasını təmin edən əsas hüquqi amildir. Artıq bu məsələ münaqişə kimi deyil, həll olunmuş məsələ kimi qiymətləndirilir.

ATƏT-in Minsk qrupunun ləğvi

Qarabağ münaqişəsinin uzun illər ərzində həlli ilə məşğul olmalı olan ATƏT-in Minsk qrupunun ləğv edilməsi də bu prosesin məntiqi nəticəsidir. Bu mexanizm münaqişənin həlli üçün yaradılmışdı və münaqişə hüquqi baxımdan bağlandıqdan sonra onun funksional zərurəti aradan qalxdı. ATƏT-in Minsk qrupunun ləğvini məhz Praqa Bəyanatının qəbul olunması mümkün etdi. Beynəlxalq sistem artıq Qarabağ münaqişəsini həll olunmuş, mübahisəni aradan qalxmış saydığı üçün Minsk qrupunun saxlanmasını lazım bilmədi.

Qarabağ münaqişəsinin hüquqi finalı

Beləliklə, Qarabağ münaqişəsinin başa çatması hərbi, siyasi və hüquqi mərhələlərin məntiqi ardıcıllığı nəticəsində mümkün olub. Bu prosesin hüquqi yekunu isə Praqa Bəyanatıdır. Ermənistanın beynəlxalq hüququn fundamental prinsiplərini qəbul etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanıması və əvvəlki iddialardan imtina etməsi bu prosesin geri dönməz xarakter daşıdığını göstərir.

Praqa Bəyanatı bu baxımdan yalnız diplomatik sənəd deyil, münaqişənin hüquqi final nöqtəsi, yeni regional reallığın əsasını təşkil edən fundamental çərçivə və beynəlxalq hüququn praktik tətbiqinin konkret nümunəsidir. Bu reallıq isə onu göstərir ki, Qarabağ məsələsi artıq keçmişdə qalmış münaqişədir, Azərbaycan-Ermənistan münasibətləri, region yeni inkişaf mərhələsinə daxil olub.

Previous Post

Çempionlar Liqasında həftənin ən yaxşısı futbolçusu o seçildi

Next Post

Tramp: NATO və daxili müxalifət yalnız təzyiqlə hərəkətə keçir

Bənzər yazılar

İraqla İran arasında 4 sənəd imzalanıb

İraqla İran arasında 4 sənəd imzalanıb

23 İyul 2026 - 23:24

İraqın Baş naziri Əli əl-Zeydi və onu müşayiət edən nümayəndə heyətinin Tehrana rəsmi səfəri çərçivəsində iki ölkənin rəhbərlərinin iştirakı ilə...

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

23 İyul 2026 - 19:30

23 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Prezidentinin köməkçisi, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi...

Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

23 İyul 2026 - 19:11

Gürcüstan digər ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir. Elchi.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Sinqapurda jurnalistlərə...

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

23 İyul 2026 - 15:36

“Bizim Mərkəzi Asiya ölkələri, həmçinin qonşularımız – Azərbaycan, Ermənistan, Türkiyə ilə sıx münasibətlərimiz var və biz bu münasibətləri daha da...

Next Post
Tramp: NATO və daxili müxalifət yalnız təzyiqlə hərəkətə keçir

Tramp: NATO və daxili müxalifət yalnız təzyiqlə hərəkətə keçir

Netanyahu yenidən məhkəmə qarşısında

Netanyahu yenidən məhkəmə qarşısında

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

23 İyul 2026 - 23:28
Xankəndidə kafe yanıb, işçilər xəsarət alıb

Xankəndidə kafe yanıb, işçilər xəsarət alıb

23 İyul 2026 - 23:27
Türkiyədə mikroavtobus minik avtomobili ilə toqquşub, ölən və yaralananlar var

Türkiyədə mikroavtobus minik avtomobili ilə toqquşub, ölən və yaralananlar var

23 İyul 2026 - 23:26
İraqla İran arasında 4 sənəd imzalanıb

İraqla İran arasında 4 sənəd imzalanıb

23 İyul 2026 - 23:24
Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

23 İyul 2026 - 21:09
Dünya Bankı Venesuelada zəlzələdən dəyən zərəri təxminən 20 milyard dollar qiymətləndirib

Dünya Bankı Venesuelada zəlzələdən dəyən zərəri təxminən 20 milyard dollar qiymətləndirib

23 İyul 2026 - 21:03
ABŞ ICRC və IFRC-ə 200 milyon dollardan çox humanitar yardım ayırdığını elan edib

ABŞ ICRC və IFRC-ə 200 milyon dollardan çox humanitar yardım ayırdığını elan edib

23 İyul 2026 - 21:00
Aİ “Yelo Bank”a qarşı sanksiyaları ləğv edib

Aİ “Yelo Bank”a qarşı sanksiyaları ləğv edib

23 İyul 2026 - 20:58
Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirilməsinin qarşısı alınıb

23 İyul 2026 - 20:56
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

23 İyul 2026 - 19:30
Avropa Liqası: “Qarabağ” – ÇSKA matçının start heyətləri bəlli oldu

Avropa Liqası: “Qarabağ” – ÇSKA matçının start heyətləri bəlli oldu

23 İyul 2026 - 19:21
Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

23 İyul 2026 - 19:11
Bu gün Şirvan və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

23 İyul 2026 - 18:57
Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

23 İyul 2026 - 18:46
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir

Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir

23 İyul 2026 - 18:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.