İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı irəli sürülmüş üç korrupsiya işi üzrə məhkəmə dinləmələri fevralın sonundan — İrana qarşı hərbi əməliyyat səbəbindən yaranmış fasilədən sonra aprelin 12-də Qüds Dairə Məhkəməsində bərpa olunacaq.
Elchi.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
“Fövqəladə vəziyyət rejiminin ləğvi və məhkəmə sisteminin fəaliyyətinin bərpası ilə əlaqədar Netanyahunun işləri üzrə dinləmələr adi rejimdə davam etdiriləcək”, — deyə bəyanatda bildirilir. Sənəddə qeyd olunur ki, dinləmələr bazar günləri Qüds Dairə Məhkəməsində, bazar ertəsindən çərşənbə gününə qədər isə Tel-Əviv Dairə Məhkəməsində keçiriləcək.
Xatırladaq ki, 28 fevralda İrana qarşı hərbi əməliyyat başladıqdan sonra İsrail Ədliyyə Nazirliyi məhkəmələrdə “fövqəladə vəziyyət” rejimi tətbiq etmişdi və bu müddət ərzində yalnız təxirəsalınmaz işlərə baxılırdı.
Məryəm





















