"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Litvanın Baş naziri Milli Xalça Muzeyini ziyarət edib

09 Aprel 2026 - 20:13
in CƏMİYYƏT, XƏBƏR LENTİ
FacebookVatsap

Litvanın Baş naziri İnqa Ruqiniene Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.

Bunu da oxuyun

FHN uşaqların təhlükəsizliyi ilə bağlı müraciət edib

Nazir Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edəcək

Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

Elchi.az  xəbər verir ki, qonağa Azərbaycan xalçaçılıq sənəti haqqında məlumat verilib.

Bildirilib ki, Azərbaycan bu sahədə dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Qeyd olunub ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, tətbiqi sənətin nadir nümunələrinin toplandığı Azərbaycan Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib. Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən muzey üçün xüsusi bina tikilməsi qərara alınıb və 2008-ci il mayın 15-də Dənizkənarı Milli Parkın ərazisində binanın təməlqoyma mərasimi keçirilib.

Vurğulanıb ki, orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Burada xalça və xalça məmulatları, metal, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur və bu kolleksiyanın tamaşaçılara təqdimatı üçün ideal şərait yaradılıb.

Muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Onlar bütün kompozisiyaları ilə Azərbaycanın 7 əsas məktəbini – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça məktəblərini təmsil edir.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Qonaq həmçinin muzeydə xalçatoxuma prosesi ilə yaxından tanış olub.

Litvanın Baş naziri İnqa Ruqinieneyə, həmçinin Azərbaycanın milli geyimləri və qədim kəlağayı sənəti haqqında məlumat verilib. Litvalı Baş nazir kəlağayının hazırlanma üsulu, onun üzərindəki ənənəvi naxışların daşıdığı mənalar barədə ətraflı məlumatlandırılıb.

Qonağa burada nümayiş olunan “Zəfər” xalçası haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bu xalça 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəyə həsr olunub.

Daha sonra qonaq muzeyin Qarabağ interyeri ilə tanış olub.

Sonda Litvanın Baş naziri muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Previous Post

Sabah Bakının 3 rayonunda qaz kəsiləcək

Next Post

Hakan Fidan: Türkiyə ABŞ və İran arasındakı atəşkəsi alqışlayır

Bənzər yazılar

FHN-dən əhaliyə müraciət – Video

FHN uşaqların təhlükəsizliyi ilə bağlı müraciət edib

17 Noyabr 2026 - 10:21

Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. Fövqəladə Hallar Nazirliyindən Elchi.az-a verilən məlumata görə, FHN tərəfindən əhali...

Nazir Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edəcək

Nazir Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edəcək

17 Noyabr 2026 - 10:06

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev noyabrın 27-də Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının sakinlərini qəbul edəcək. Bu barədə...

Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

17 Noyabr 2026 - 09:58

Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 16-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb....

Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb

Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb

17 Noyabr 2026 - 09:45

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın ümumi təhsil müəssisələrində çalışan bir...

Next Post
Hakan Fidan: Türkiyə ABŞ və İran arasındakı atəşkəsi alqışlayır

Hakan Fidan: Türkiyə ABŞ və İran arasındakı atəşkəsi alqışlayır

Bəzi rayonlara yağış və qar yağır – FAKTİKİ HAVA

Bəzi rayonlara yağış və qar yağır - FAKTİKİ HAVA

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının iclasında iştirak edib

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının iclasında iştirak edib

17 Noyabr 2026 - 12:00
Türkiyə Müdafiə Nazirliyi Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Müdafiə Nazirliyi Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib

17 Noyabr 2026 - 11:53
Səfir: Böyük Britaniya-Azərbaycan Strateji Tərəfdaşlıq Bəyannaməsi real faydalar vəd edir

Səfir: Böyük Britaniya-Azərbaycan Strateji Tərəfdaşlıq Bəyannaməsi real faydalar vəd edir

17 Noyabr 2026 - 11:49
İrandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alınıb – FOTO

İrandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alınıb – FOTO

17 Noyabr 2026 - 11:41
ABŞ-da kiçik təyyarə qəzaya uğradı: 3 nəfər həyatını itirdi

ABŞ-da kiçik təyyarə qəzaya uğradı: 3 nəfər həyatını itirdi

17 Noyabr 2026 - 11:33
2027-ci il “Grammy” Mükafatlarına namizədlər elan edildi

2027-ci il “Grammy” Mükafatlarına namizədlər elan edildi

17 Noyabr 2026 - 11:24
Böyük Britaniyada yüzlərlə uşağa arıqlamaq üçün inyeksiyalar təyin edilib

Böyük Britaniyada yüzlərlə uşağa arıqlamaq üçün inyeksiyalar təyin edilib

17 Noyabr 2026 - 11:12
Meta xidmətlərini Kanadadan çıxarmağı nəzərdən keçirir

Meta xidmətlərini Kanadadan çıxarmağı nəzərdən keçirir

17 Noyabr 2026 - 10:54
Bu ilin 9 ayında yol qəzalarında 500 nəfər ölüb, 640 nəfər yaralanıb

Bu ilin 9 ayında yol qəzalarında 500 nəfər ölüb, 640 nəfər yaralanıb

17 Noyabr 2026 - 10:46
NASA-nın “Curiosity” roveri tərəfindən gözlənilməz kəşf

NASA-nın “Curiosity” roveri tərəfindən gözlənilməz kəşf

17 Noyabr 2026 - 10:35
FHN-dən əhaliyə müraciət – Video

FHN uşaqların təhlükəsizliyi ilə bağlı müraciət edib

17 Noyabr 2026 - 10:21
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edəcək

Nazir Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edəcək

17 Noyabr 2026 - 10:06
Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

17 Noyabr 2026 - 09:58
Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb

Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb

17 Noyabr 2026 - 09:45
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşır

Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşır

17 Noyabr 2026 - 09:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.