ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı əsasən bağlı qalsa belə, İrana qarşı əməliyyatı dayandırmağa hazır olduğu iddia edilib.
Elchi.az xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin bitmə vaxtı qeyri-müəyyən qalsa da, Wall Street Journal (WSJ) təəccüblü bir iddianı ortaya atıb. Hökumət mənbələrinə əsaslanan məlumata görə, Trampın müşavirlərinə Hörmüz boğazı əsasən bağlı qalsa belə, İrana qarşı hərbi əməliyyatı dayandırmağa hazır olduğunu bildirib.
Bildirilib ki, Tramp administrasiyası boğazın dərhal açılması əməliyyatının münaqişəni planlaşdırılan 4-6 həftəlik müddətdən daha uzadacağı qənaətinə gəlib. Bunun əvəzinə, Vaşinqton Hörmüz boğazı ilə bağlı Tehrana diplomatik təzyiq göstərməyi və eyni zamanda İranın dəniz qüvvələrini və raket imkanlarını neytrallaşdırmaq kimi əsas məqsədlərinə çatmağı planlaşdırır. Bildirilib ki, diplomatiya uğursuz olarsa, Tramp Avropadan və Körfəz ölkələrindən Hörmüz boğazının açılması səylərində liderliyi ələ almağı xahiş etməyi planlaşdırır. Hərbi variantların Tramp üçün də mövcud olduğu vurğulanıb, lakin bunlar hazırda prioritet deyil.
Şayəstə





















