"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Bir ömrün musiqi salnaməsi

31 Mart 2026 - 10:49
in CƏMİYYƏT, XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Milli Konservatoriyasının “Milli vokal” kafedrasının baş müəllimi, görkəmli vokal ifaçısı Zenfira İsmayılovanın 60 illik yubileyinə həsr olunur.

Bunu da oxuyun

Qəbul imtahanı üzrə indiyə qədər 28 minə yaxın abituriyent qeydiyyatdan keçib

Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Bakı və Lənkəranın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

 

Bir ömrün musiqi salnaməsi

Azərbaycan istedadlar ölkəsidir. Onun havasına, suyuna sənətkarlıq hopub. Bu gün yenə də sənətkar müəllimlərimizdən biri haqqında danışmaq istəyirəm. Söhbət zəngin musiqi irsimizin qorunduğu, gözümdə günü-gündən böyüyən və yeni layihələri ilə musiqi mədəniyyətimizə əvəzolunmaz töhfələr bəxş edən Azərbaycan Milli Konservatoriyasının daha bir fədakar sənətkarı və ustadından gedir. Azərbaycan Milli Konservatoriyasının “Milli vokal” kafedrasının baş müəllimi, Əməkdar artist, görkəmli vokal ifaçısı Zenfira İsmayılovadan.
Onun vokal sənətinin incəliklərini zərgər dəqiqliyi ilə mənimsəyib öz tələbələrinə ötürməsinin hər zaman şahidi oldum.

Bu gözəl pedaqoqla tanışlığım Azərbaycan Milli Konservatoriyasına ilk qədəm qoyduğum günlərə təsadüf edirdi. İlk qatıldığım tədbir təsadüfdən, ya həyatın hədiyyəsindən onun görkəmli bəstəkar Fikrət Əmirovun əsərlərindən ibarət sinif konsertinə təsadüf etmişdi.

Həmin gün böyük məsuliyyətlə işə gəlmişdim. Onu ilk gördüyümdə konsert öncəsi tələbələri ilə nəsə danışırdı. Uzaqdan görüb yaxına gəldim. Özümü təqdim edərək qeyd etdim ki, bugünkü konsert haqqında yazacağam. Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına zalının foyesində əyləşmişdi. Gülərüzü, mehriban baxışı ürəyimi tam rahatlandırdı. Bəllidir ki, çox həyəcanlı idim. Milli Konservatoriyada artlq bir neçə gündür ki mətbuat katibi idim. İşimi çox sevirdim, yalnız ilk təcrübə üçün musiqi yönümlü təhsil ocağında başlamaq məni qorxudurdu. Yalnız Zenfira xanımın mənim həyəcanıma qarşılıq olaraq əmin və həzin baxışları bu həyəcanıma su çilədi.
Konsert başladıqda Zenfira xanım zalda tamaşaçıların yanında əyləşdi. Konsert boyu baxışlarını tələbələrindən ayırmadı. Mən diqqətlə onu izləyirdim. Əsil pedaqoq sevinci gözlərindən süzülürdü. Konsert bitdikdən sonra onu təbrik etdim. Onun musiqi dünyası, tələbələr üçün qurduğu səhnələr və seçdiyi musiqi əsərləri məni o qədər xoşbəxt etmişdi ki… Tədbir bitən kimi kafedra rəhbəri, Xalq artisti Azər Zeynalova yaxınlaşıb təbrik etdim. Zenfira xanıma ürəyimdən gələn, aldığım təəssüratın gözəlliyini bildirəcək sözlər dedim. Əlbəttə, sözlər kifayət etmədi. Həmin gün təsirlənib bir yazı da yazdım. Zəng edib təşəkkür etdi.
Opera sənətinin inkişafı məni ta erkən yaşlarımdan düşündürüb. Həmişə düşünmüşəm, görəsən, bu gözəl sənətin davamçıları kimlər olacaq. Bu gün artıq mən qürur və böyük fəxarət hissi ilə deyə bilərəm ki, Azərbaycan Milli Konservatoriyasının “Milli vokal” kafedrasında Azərbaycanın opera səhnəsi üçün faydalı, hava-su kimi gərəkli səslər var. İstedadlar var. Əlbəttə, ustadları, müəllimləri əsl sənət xiridarları olduqlarından bu istedadlar meydana gəlib.

Azərbaycan Milli Konservatoriyasının bir ali təhsil ocağı olaraq missiyalarından ən başlıcası Azərbaycan musiqi sənətinin inkişafı, onun nəsillərdən-nəsillərə olduğu kimi yetirilməsidir. Sənətkar müəllimlər sırasında Əməkdar artist Zenfira İsmayılovanın öz dəst-xətti, öz pedaqoji yanaşması ilə seçilir. Sənətkar olmaq hələ gözəl pedaqoq olmaq anlamına gəlmir. Əsil pedaqoq duyğusu və sevgisi Zenfira xanımın əsas xarakterizə edən cəhətlərdən biridir. Böyük sənətkar olsa da, o, öz şagirdlərinə meydan verəndə, səhnə bəxş edəndə çox sevinir. Onlarla işləməyi çox sevir. Tələbələri onun güzgüsü kimidir. Onun sənətini çox mənimsəyən də var, buna çalışan da. Amma əsas odur ki, hamısı istedadlı və çalışqandır.
Onları yaxşı ifaçı kimi yetişdirməyi özünə bir borc bilir. Yetişdirdiyi tələbələr hazırda da müxtəlif teatr kollektivlərində aparıcı solist kimi çalışır və müxtəlif yerli və beynəlxalq müsabiqələrdə yüksək səviyyədə çıxışlar edirlər.

Zenfira İsmayılova Azərbaycan vokal məktəbinin inkişafı üçün əlindən gələni əsirgəməyən, tələbə və müəllim kollektivi arasında professional, qayğıkeş, əzmkar müəllim kimi sayılıb-seçilir.

Çox sonralar mənim üçün məlum olur ki, Zenfira İsmayılovanın öz müəllimləri də onun böyük səhnəyə gəlməyində əsas rol oynayıblar. Bu barədə ondan soruşanda böyük sevgi ilə müəllimlərindən və sənət yolundan söhbət açır. Əlbəttə, müəllimlərini sənətə gəlişində güclü dayaqlardan sayır, qazanılan uğurlar üçün onların böyük rolu olduğunu dilə gətirir. Bu cür gözəl müəllim olmaq üçün gözəl müəllimlərin olmalıdır.
Orta məktəbdə balaca Zenfiraya nəğmədən dərs deyən Firəngiz müəllimə onun ürəyində olan sənət qığılcımını üzə çıxarıb. Hələ kiçik yaşlarından, məktəb illərində isə məktəblilər arasında, hətta şəhər miqyasında keçirilən tədbirlərin aparıcı solisti olur, xalq mahnılarından tutmuş bəstəkar mahnılarınadək kiçik səhnədə tamaşaçılar qarşısında həvəslə ifa edərmiş. Onun ifası artıq könüllərə yol tapırdı. 1987-ci il idi. Sumqayıtdakı 10 nömrəli orta məktəbi bitirib sənədlərini Bakıda A. Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin vokal şöbəsinə təqdim edir. Həyəcanlı imtahan günü gəlib çatır. Zenfira İsmayılova Fikrət Əmirovun “Sevil” operasından Sevilin ariyasını hazırlayır, radio ifasının köməyi ilə əsəri öyrənmiş, əsərin bütün xırdalıqlarını mənimsəmişdi. Özünü bu imtahana tam hazır bilsə də, gənc ifaçı qəribə bir halla qarşılaşır: ifasını həddindən artıq bəyənmiş müəllimlər imtahanın nəticələrində onu musiqi məktəbinə qəbul etməmişdilər.
Məyus halda sənədlərini götürüb küskün halda getməyə hazırlaşan gənc Zenfiranı gələcəkdə onun sənət həyatında böyük rol oynayan Sevda Məmmədova qucaqlayır və ona bildirir ki, o, çox gözəl ifa etdi, mütləq onun sinfində təhsil almalıdır. Elə o gündən Sevda Məmmədovanın sinfinə gedib, ondan vokal sənətinin sirlərini hələ tələbə olmadan öyrənməyə başlayır. Bir il sonra artıq tələbə olur. Tələbə olduğu dövrdə Sevda Məmmədova ilə birgə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini sevə-sevə öyrənir, konsertlərdə isə səhnə mədəniyyətini qavrayır. Daha bir müəllimindən də danışmağı özümə borc bilirəm. Bu da istedadlı vokal ifaçısı Zenfira İsmayılovanın musiqi akademiyasında təhsil aldığı dövrdə sevimli müəlliməsi Elmira Bağır qızı Quliyevadır. O dövrdə orada tanınmış vokal müəllimlərindən biri idi. Gənclər onun sinfində təhsil almağa maraq göstərirdilər. Elmira xanım təhsilini Estoniyada, Tallin Konservatoriyasında başa vurmuşdu. Klassik musiqinin sirlərinə dərindən bələd idi, vokal texnikasını gənclərə məharətlə aşılayırdı. O da bütün ömrünü müəllimlik fəaliyyətinə həsr etmiş bir müəllim idi. Bəli, essemin qəhrəmanının hələ tələbə ikən qazandığı bütün uğurlarında daima yanında olan vokal müəllimləri — Sevda Məmmədova və Elmira Quliyevanın çox böyük rolu olub. Artıq özüm üçün bu möhtəşəm müəllim-tələbə münasibətlərinin sirrini tapmışdım: gözəl müəllim olmaq üçün mütləqdir ki, sənin də ustadın gözəl olsun. Əlbəttə, Elmira Quliyeva və Sevda Məmmədovanın pedaqoji fəaliyyətində bir çox sənətkarlara yol göstərilməsi, böyük səhnəyə yol almaqda kömək etmələri danılmazdır. Zenfira İsmayılova da o dövrdə Azərbaycan opera səhnəsinə yeni bir nəfəs kimi doğuldu. Bu gün onun Azərbaycan səhnəsində doğulmasına, parlamasına təkan olan məhz müəllimləri olmuşdur. Ürəyimdə bütün düyünlər çözüldü, bütün suallara cavab tapıldı. Müəllim şəcərəsinin layiqli davamçısı, bu gün 60-cı baharını yaşayan gözəl ifaçı, müəllim Zenfira İsmayılova haqqında söhbətə davam edirəm.

Bilirik ki, 90-cı illər Azərbaycan incəsənətinin bütün sahələrində olduğu kimi operada da durğunluq dövrünü yaşayırdı. O dövrdə Elmira Quliyeva sevimli tələbəsini ikinci kursda oxuyarkən, 1992-ci ildə Akademik Opera və Balet Teatrına aparır, teatrın səhnəsinə çıxarır. Tanınmış musiqiçilərin qarşısında bir neçə əsər oxuyan gənc vokalçını orada 10-12 nəfər ifaçının içindən seçib işə qəbul edirlər. Tələbə ikən teatrda işə qəbul edilən gənc vokalçı ikiqat məsuliyyət hiss etməyə başlayır. Beləliklə, sehrli səhnə həyatı başlayır.
Dövlət Akademik Opera və Balet Teatrında uzun illər çalışan ifaçı Azərbaycan və Avropa bəstəkarlarının əsərlərində baş rolları ifa edir. İlk ifası Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Gülzar obrazı olur. Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Nigar, “Arşın mal alan” əsərində Gülçöhrə, Fikrət Əmirovun “Sevil”ində Sevil, Vasif Adıgözəlovun “Natəvan”ında Natəvan,
Rucero Leonkavallonun “Payatsı” (məzhəkəçilər) operasında Nedda, Cakomo Puççininin “Madam Batterflay” operasında Madam Batterflay, Sergey Raxmaninovun “Aleko” operasında Zemfira, Pyetro Maskanininin “Kavaleria rustikana” operasında Santuzza rollarını ifa edir. Biri-birindən fərqli, rəngarəng obrazlar yaradır.

Bir çox mühüm dövlət tədbirlərində iştirak edir, qastrol səfərlərində çıxış edir. 1998-ci ildə Üzeyir Hacıbəyovun “Arşın mal alan” operasının premyerası baş tutur. Zenfira İsmayılova Gülçöhrəni ifa edir. Tamaşaya ümummilli lider Heydər Əliyev də təşrif buyurur. Azərbaycan mədəniyyətinin gələcəyinə dəyər verən uzaqgörən Ümummilli Lider tamaşanı çox bəyənir. Gözəl ifaçını qiymətləndirərək sərəncam imzalayır. Tamaşanın səhəri Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə əzmkar vokal ifaçısına Azərbaycan Respublikasının Əməkdar artisti adı verilir.
Eyni zamanda sənətinin zirvəsində olan gənc ifaçı ölkəmizin mədəniyyətini başqa dövlətlərin səhnələrində təbliğ edir. TÜRKSOY-un təşkil etdiyi beynəlxalq proqramların iştirakçısı olur. O dövrdə TÜRKSOY Üzeyir Hacıbəyovun “Koroğlu” operasını bir çox türkdilli ölkələrin opera teatrlarında tamaşaya qoyulması məqsədilə səhnələşdirir və Zenfira İsmayılova Nigar obrazına təsdiq olunur. Qırğızıstan, Qazaxıstan və Türkiyədə bu tamaşada iştirak edir. Respublikamızda Cəfər Cabbarlı əsərlərinin ən gözəl tamaşası müsabiqəsində məhz onun baş rolda olduğu “Sevil” operası qalib gəlir. Ən gözəl qadın rolunun ifaçısı kimi Zenfira İsmayılova, kişi rolunun ifaçısı kimi isə Xalq artisti Azər Zeynalov seçilir.

Tamaşa yadımda idi. “Sevil” operası ən baxılan opera tamaşalarından biri idi. Mənim də dəfələrlə getdiyim tamaşada Sevil obrazı İndi də gözümün önündədir. Tamaşaçı sevgisini qazanmaq həm aktyorluq məharəti, həm də peşəkar ifa tələb edirdi. Hətta mən getdiyim bir neçə opera tamaşası içində məhz həmin əsəri dəfələrlə xatırlayıram.
2002–2005-ci illərdə Türkiyə Cümhuriyyəti Antalya Dövlət Opera və Balet Teatrına baş solist kimi dəvət alır və 3 il müqavilə ilə orada çalışır. 2007–2014-cü illər ərzində Prezident mükafatına layiq görülür.
Zenfira İsmayılova pedaqoji fəaliyyətinə 2011-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində başlamışdır. 2015-ci ildən bugünədək isə Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir. 2019-cu ilin oktyabr ayında Türkiyə Cümhuriyyətinin Hacettepe Konservatoriyasının dəvəti ilə vokal ixtisası üzrə master dərsləri təşkil edir və çox uğurlu nəticələr əldə edir. Eyni zamanda Üzeyir Hacıbəyovun 140 illiyi çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi ustad dərsində də ustad kimi iştirak edib. Bütün bu əzmkar, peşəkar vokal ifaçısı və müəllim yoluna nəzər saldıqca Azərbaycan mədəniyyəti və incəsənətinin bu sayaq sənətkarlarla çox əmin əllərdə olduğu aydın olur.

Onun haqqında yazarkən səhnədən erkən yaşlarda ayrılan və istedadını, daxilindəki yanar sənət ocağını öz tələbələrinə həsr edən böyük bir insanlıq hiss etdim.

İndi sevimli müəllim, uğurlu vokal ifaçısı, mehriban, qayğıkeş insan Zenfira İsmayılovanın 60 yaşı tamam olur. Bu il onun üçün yubiley ilidir.

Azərbaycan Milli Konservatoriyasının yeni və son dərəcə uğurlu olan “Nəsillərin dialoqu” layihəsinin bugünkü buraxılışında Bakıya möhkəm yağış yağır. Nə olsa da, hazırlaşıb getməliyəm, deyə düşünürəm. Bir neçə səbəbdən öncə işin içində sevimli müəllimimiz Zenfira xanım və onun bir-birindən istedadlı tələbələri var. Gəldiyimdə çox həyəcanlı idi, məşq edirdi. Bir az keçmir havanın necəliyindən asılı olmayaraq zal tamaşaçılarla dolur. Azərbaycan Milli Konservatoriyasının rəhbərliyi, müəllim və tələbələri də gəlir. Tamaşa boyu Zenfira müəllimə öz müəllimi ilə birgə ifaları dinləyir. Sonda özü də bir qədər ifa edir. Çünki layihənin qanununa görə mütləq ustad özü iştirak etməlidir. Bəlkə də bu məqaləni yazma səbəbim də məhz bu anla bağlıdır. Aman Allah, elə həmin an Zenfira İsmayılova Fikrət Əmirovun “Mən səni araram” musiqi əsərini ifa edərkən içimdə çox qəribə hisslər baş verdi, sanki ruhum çırpınmağa başladı. Bir xiffət, bir həsrət — bu cürmü anlatılar… “Mən səni araram” misrasını ifa edən Zenfira xanım sanki bu ifa ilə insanı yox, insanın ruhunu qucaqlayır. Onun daxili aləminə, iç dünyasına təsir edir. Əlbəttə, bu cür sənətkarlarla eyni dövrdə, eyni şəhərdə yaşamaq belə xoşbəxtlikdir.
Gözəl və sevimli insan olan, peşəkar pedaqoq, görkəmli, yaddaqalan obrazlar yaradan vokal ifaçısı, uğurlu sənətkar, Respublikanın Əməkdar artisti Zenfira İsmayılovanı 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Ona ürəyinin, tələbləri ilə və öz yaradıcılığı ilə bağlı bütün gözəlliklərə yetməyi diləyirəm. Təvəqqəm budur ki, o həzin ürəklərə yol tapan səsindən biz adi insanları məhrum etməsin.
Çünki insan övladı ömrü olduqca axtarır — kimisi səs, kimisi də bir hənirti. Elə bəlli musiqi əsərinin sözlərində olduğu kimi arayır, axtarır. Azərbaycan Respublikasının musiqi mədəniyyəti uğrunda göstərdiyi danılmaz xidmətlərinə görə qürur duyduğumuz Zenfira İsmayılova,
yubileyiniz mübarək!

 

 

Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi
Aysel Fikrət

Previous Post

BVF: Qlobal artım yavaşlayır, qiymətlər yüksəlir

Next Post

Əraqçi: Əməliyyatlarımız düşmən təcavüzkarları hədəf alır

Bənzər yazılar

Bu il üzrə peşə tanınması ilə bağlı son imtahan keçiriləcək

Qəbul imtahanı üzrə indiyə qədər 28 minə yaxın abituriyent qeydiyyatdan keçib

05 İyun 2026 - 09:55

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat prosesi 2026-cı...

Sabah Şəkinin bəzi küçələrində qaz olmayacaq

Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq

05 İyun 2026 - 09:46

Bu gün Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Bu barədə Elchi.az  "Azəriqaz"a istinadən xəbər verir. Məlumata görə,...

Biləcərinin bir hissəsində işıq olmayacaq

Bakı və Lənkəranın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

05 İyun 2026 - 09:21

Bu gün Bakı və Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. "Azərişıq"dan Elchi.az-a verilən məlumata görə, iyunun 5-də Nizami...

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32

Rusiya İrana humanitar yardımın göndərilməsinə göstərdiyi köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardır. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu...

Next Post
Əraqçi: Əməliyyatlarımız düşmən təcavüzkarları hədəf alır

Əraqçi: Əməliyyatlarımız düşmən təcavüzkarları hədəf alır

Xaçmazda saxlanılan 2 nəfərdə 6 kq narkotik aşkarlanıb

Xaçmazda saxlanılan 2 nəfərdə 6 kq narkotik aşkarlanıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Tokayev “Qazaxıstan Respublikasının Prezidenti haqqında” qanunu imzaladı

Tokayev “Qazaxıstan Respublikasının Prezidenti haqqında” qanunu imzaladı

05 İyun 2026 - 11:01
Dünyada bir ilk: Süni intellekt peyvənd hazırladı

Dünyada bir ilk: Süni intellekt peyvənd hazırladı

05 İyun 2026 - 10:53
Texnologiya şirkəti xəbərdarlıq edir: Süni intellekt “əyləc pedalına” ehtiyac duyur

Texnologiya şirkəti xəbərdarlıq edir: Süni intellekt “əyləc pedalına” ehtiyac duyur

05 İyun 2026 - 10:45
Asiya El Ninoya hazırlaşır: Gözlənilməz və riskli

Asiya El Ninoya hazırlaşır: Gözlənilməz və riskli

05 İyun 2026 - 10:38
Zelenskinin Putinə məktubu: Ukrayna müharibəsi ilə bağlı üzbəüz danışıqlara çağırış

Zelenskinin Putinə məktubu: Ukrayna müharibəsi ilə bağlı üzbəüz danışıqlara çağırış

05 İyun 2026 - 10:26
Bot internet trafiki insan internet trafikini üstələyir

Bot internet trafiki insan internet trafikini üstələyir

05 İyun 2026 - 10:14
Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edildi

Prezident İlham Əliyev Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik edib

05 İyun 2026 - 10:07
Bakı nefti 113 dolları ötdü

Azərbaycan nefti 100 dollardan yuxarı səviyyədə ticarət olunur

05 İyun 2026 - 10:00
Bu il üzrə peşə tanınması ilə bağlı son imtahan keçiriləcək

Qəbul imtahanı üzrə indiyə qədər 28 minə yaxın abituriyent qeydiyyatdan keçib

05 İyun 2026 - 09:55
Sabah Şəkinin bəzi küçələrində qaz olmayacaq

Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq

05 İyun 2026 - 09:46
Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş yenidən ucuzlaşıb

05 İyun 2026 - 09:34
Biləcərinin bir hissəsində işıq olmayacaq

Bakı və Lənkəranın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

05 İyun 2026 - 09:21
Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.