Tramp: ABŞ tezliklə Kuba ilə razılığa gələcək, yoxsa nə edəcək
Elchi.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Kuba ilə “tezliklə” razılaşma əldə edəcəyini bildirib. Onun jurnalistlərlə söhbətinin videosu Ağ Evin YouTube kanalında yayımlanıb.
Tramp əlavə edib ki, razılaşma əldə olunmazsa, Vaşinqton Kuba ilə bağlı “lazım olanı” etməli olacaq.
“Kuba razılaşma istəyir və düşünürəm ki, ya tezliklə razılaşma əldə edəcəyik, ya da lazım olanı edəcəyik”, – deyə o, jurnalistlərə bildirib.
Amerika lideri əlavə edib ki, Vaşinqton və Havana artıq danışıqlar aparırlar, lakin ABŞ-ın prioriteti Yaxın Şərqdəki vəziyyət olaraq qalır. Prezident qeyd edib ki, İranda hərbi əməliyyat başa çatdıqdan sonra Ağ Evin diqqəti Kubaya yönələcək.
Əvvəllər Tramp Kubanı “düşmən çevrilişi” ilə hədələmişdi. O, Kubada tezliklə rejim dəyişikliyinin baş verəcəyini açıqlayıb.
Fevral ayında Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Kubaya qarşı məhdudiyyətlərini qəbuledilməz elan edib. Onun sözlərinə görə, Moskva müstəqillik uğrunda mübarizədə həmişə respublikanın tərəfində olub və xalqını dəstəkləyib.
Şayəstə




















