DE: İran Ukraynaya zərbələr barədə xəbərdarlıq edərək, onu qanuni hədəf elan edib.
Elchi.az xəbər verir ki, Daily Express qəzetinin məlumatına görə, İran Ukraynaya xəbərdarlıq edərək, onu zərbələr üçün qanuni hədəf elan edib.
Nəşr Ukrayna Prezidenti Volodimir Zelenskinin İran dronları ilə mübarizə aparmaq üçün Yaxın Şərqə mütəxəssislər göndərmək planlarını xatırladıb.
15 martda Ynet xəbər portalı İsrailin Baş naziri Binyamin Netanyahunun Zelenskidən İran dronları ilə mübarizədə kömək istədiyini bildirib.
Jurnalistlərin sözlərinə görə, İsrailin bu xahişi Ukraynanın pilotsuz uçuş aparatlarını ələ keçirmək sahəsində geniş təcrübəsi və İsrail ilə Ukrayna arasında bu məsələdə əməkdaşlıq planları fonunda ortaya çıxıb.
28 fevralda ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Paytaxt da daxil olmaqla, İslam Respublikasının çoxsaylı şəhərlərinə hücum edilib. Buna cavab olaraq İran İsrailə və Yaxın Şərqdəki Amerika hava bazalarına raket və dron hücumları həyata keçirir.
Şayəstə





















