"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Zəhərlənmiş ömürlər – Sevil Gül Nurun hekayəsi

29 Noyabr 2023 - 23:43
in MƏDƏNİYYƏT
FacebookVatsap

 

Hazırlıq keçdiyi sonuncu şagirdi ilə də sağollaşıb evdən çıxdı. Dekabr artıq özünü göstərirdi – şaxta adamın iliklərinə işləyir, sazaq sifətini yandırırdı. Paltosunun yaxalığını yuxarı qaldırıb şərfini ağzının üstünə çəkdi. İti addımlarla avtobus dayanacağına tərəf getdi. Birdən oğlunun sözlərini xatırladı: “Ana, Yusif məktəbə şokoladlı bulka gətirmişdi”. İçi titrəmişdi bunu eşidəndə. “Yaxşı, balam, alaram, sən də apararsan”. Bu söhbətdən bir həftə keçirdi, amma Tural hələ də məktəbə anasının evdə hazırladığı pendir dürməyini aparırdı.

Bunu da oxuyun

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

Bu gün Leyla maaşını almışdı. Dükana girib bazarlıq etmək qərarına gəldi. Evin kirayə haqqını ayırıb qalan pulu saydı. “İndi ürəyin istədiyi hər şeyi ala bilərəm”, -deyib dükana girdi.
Leyla müəllim idi. Məktəbdə dərs saatı az olduğundan məvacibi ancaq yol və kommunal xərclərə güclə çatırdı. Buna görə də hazırlıq keçməyə məcbur idi. Yorulsa da, başqa əlacı yox idi. O pulu da evin kirayəsinə verirdi. Ancaq iki ay idi ki, kirayə haqqını da ödəyə bilmirdi. Oğlu Turalda onurğa problemi var idi. Üç aydan bir müalicə götürürdü. Leyla da bu üzdən evin kirayəsini ləngitmişdi. Amma evin sahibi bu səhər gəlib qəti fikrini bildirmişdi:” Ya bu axşam pulu gətir, ya da evi boşalt”.
Leyla üzərindən yük götürülmüş kimi dərindən nəfəs aldı. Əlindəki torbalarla avtobusa daxil olub boş yerlərdən birində əyləşdi. Yol boyu 6 yaşlı oğlu Turalı və 14 yaşlı qızı Nəzrini düşünürdü. Onların təhsil almaları üçün əlindən gələni edəcəkdi. Övladlarını savadlı görmək istəyirdi. Çünki özü də savadının bəhrəsini görürdü. Filoloq olmasına baxmayaraq, əlavə dil də öyrənmişdi, bundan da uşaq hazırlaşdırırdı. Övladlarına da həmişə oxumağı məsləhət görürdü.
Birdən Leylanın ürəyi sıxıldı. Ərini düşünəndə həmişə belə olurdu. Rüstəm neçə il idi ki, narkotik aludəçisi idi. Onu bu yoldan döndərmək üçün Leyla nə etdisə, xeyri olmadı, o, bu vərdişdən yaxa qurtara bilmədi. İndi də günlərlə evə gəlmirdi. Birtəhər pul tapıb narkotik alır, istifadə etməyəndə isə ağrılardan qıvrılırdı. Artıq Rüstəmin hərəkəti dözülməz həddə çatmışdı. Evdə olduğu vaxtlarda səbəbsiz yerə söz-söhbət salır, heç nədən mübahisə yaradırdı. Hər dəfə Leyladan pul tələb edir, ala bilməyəndə isə yumruqlarını işə salırdı. Leyla boşanmaq haqqında çox düşünmüşdü, ancaq son anda fikrindən dönmüşdü. O, boşanmış qadın adını üzərinə götürmək istəmirdi. Çünki cəmiyyətdə boşanmış qadınlara münasibət birmənalı deyildi. O, bilirdi ki, onun ayrılmağına ailəsi razı olmayacaq, ətrafı isə rişxəndlə qarşılayacaq. Bəzi ağzıgöyçəklərin: “Yaxşı arvad olsaydı, əri onu atmazdı” sözü hər dəfə qulaqlarında çingildəyir, onu bu addımı atmağa qoymurdu. Leyla da bu cür savadlı və gözəl olmasına rəğmən, Rüstəmin hər əzabına dözür, ondan ayrılmırdı.
Evin bütün ağırlığı Leylanın üzərində idi. Həyatın çətinliklərinə təkbaşına dözür, övladları naminə ayaqda durmağa çalışırdı. Leylanın tək yaşama səbəbi övladları idi.
Evin qapısını döymədən itələdi. Qapı açıldı. “Evdədir”-deyə Leylanın ürəyi sızıldadı. Bildi ki, yenə fəlakət olacaq. Amma uşaqlarına görə səsini çıxarmamağa qərar verdi.
Uşaqlar öz otağında idi. Rüstəm mətbəxdə divana yayxanıb mürgüləyirdi. Leyla əlindəki torbaları stolun üstünə qoyub uşaqlarını səslədi. Səsə Rüstəm ayılıb Leylaya bozardı:
-Hə, biz işdən gələk, arvad gözləyək, arvad hələ küçələrdə gəzsin.
Leyla “Ya səbir” deyib susdu. Uşaqlarını öpüb başlarını sığalladı. Bugünkü dərsləri haqqında soruşdu. Sonra aldığı bulkanı Turala verib gülümsədi:
– Birini indi ye, birini də sabah məktəbə apararsan.
Tural sevinclə əlini bulkaya uzatdı. Bir dişləm vurmuşdu ki, Rüstəm yenə səsini başına atdı. Uşaq qorxusundan əlindəkini stolun üstünə qoyub bacısına qısıldı. Rüstəmin qəzəbli səsi yaxında baş verəcək faciədən xəbər verirdi:
-Nədir, niyə cavab vermirsən? Yoxsa məni saymırsan? Yoxsa bəyənmirsən məni? Daha işinə gərək deyiləm, hə?
Nəzrin gəlib yalvarıcı nəzərlərlə anasına baxdı. Leyla başı ilə razılıq işarəsi verdi.
Birdən Rüstəm əlini stola vurdu:
-İşə gedirsən, hanı qazancın? Gətir bura görüm. Mənə pul lazımdır, gətir. Yoxsa sabahdan heç yerə getməyəcəksən. Evdə oturacaqsan.
Bu yerdə Leyla dözə bilmədi, aldığı pulları çıxarıb stolun üstünə atdı:
– Evin kirayə haqqıdır, 2 aydır vermirik. Mən işə getməsəm, kim edəcək bunları?
-Mən!
-Hə, sən! Nə ilə?
-Nə demək istəyirsən? Bu vaxta kimi kim saxlayıb? Bəlkə başqa biri baxıb mənim uşaqlarıma?
Leyla ağzını açıb nəsə demək istəyirdi ki, Nəzrin qəfildən qardaşını qucaqlayıb ağlamağa başladı:
-Bəsdirin, etməyin, bitirin bu müharibəni. Dözə bilmirik, əzab çəkirik sizin bu davanızdan.
Tural da ona qoşuldu, ikisi də bərkdən ağlamağa başladılar. Leyla tez özünü uşaqlarının üstünə atdı, onları qucaqlayıb sakitləşdirməyə başladı. Amma Nəzrin sakitləşə bilmirdi:
-Hər dəfə imtahan ərəfəsində belə edirsiniz. Mən indi imtahana necə hazırlaşım? Dözə bilmirəm, burama yığılıb artıq, boğuluram, – əli ilə boğazını göstərdi.
-Gördün, neylədin?- Leyla Rüstəm tərəf döndü,-Uşağı nə hala qoydun?
– Səsini kəs!- Rüstəm Leylanın üstünə cumdu. Nəzrinlə Tural ağlayaraq Rüstəmin önünə atılıb onu saxlamağa çalışdılar. Rüstəm isə şirə dönmüşdü. Əli ilə uşaqları itələyib Leylanı təpiyinin altına saldı. Nəzrin qışqırıb atasını dayandırmaq istədi, alınmadı. Leyla Rüstəmin söyüşlərinin və təpiklərinin altında inildəyir, onun əlindən qurtula bilmirdi.
Onların bu halını izləməyə ürəyi tap etməyən Nəzrin cəld mətbəxdən çıxıb otağına getdi. Tural da ağlaya-ağlaya onun ardınca qaçdı.
Birdən Turalın: “Ana, Nəzrin” deyərək qışqırığı eşidildi, sonra səs kəsildi. Səsi eşidən Rüstəm əlini saxladı. Leyla Rüstəmin əlindən qurtulmaq üçün onu itələdi. Rüstəm səndirləyib yerə yıxıldı, başı divarın tininə dəydi, huşunu itirdi. Leyla ona fikir verməyib yan otağa qaçdı. Otaqda heç kimi görmədi. Ağlına dəhşətli fikir gəldi. Qorxa-qorxa açıq pəncərəyə yaxınlaşdı. Gördüyü mənzərədən dəhşətə gəldi. Nəzrin olanlara dözməyib özünü pəncərədən atmaq istəyəndə Tural onu tutmağa çalışmış, amma Nəzrinin ağırlığına tab gətirə bilməyib onunla birlikdə 7-ci mərtəbədən aşağı düşmüşdü.
Leyla “Nəzrin, Tural” deyib fəryad qopardı. Elə həmin andaca ürəyi dayandı. Onun yanıqlı səsi evin suvağı qopmuş divarlarında əks-səda verdi…
Açıq pəncərədən içəri dolan soyuq dekabr küləyi Rüstəmlə Leylanın cansız bədəninin üzərindən keçib mətbəx stolunun üstündə dişlənmiş şokoladlı bulkanın yanağını sığallayırdı. Acıqlı ev sahibini sakitləşdirəcək bir neçə yüzlük əskinas isə yazıq-yazıq havada uçuşurdu…

Sevil Gül Nur

Previous Post

Zəhərlənmiş ömürlər – Sevil Gül Nurun hekayəsi

Next Post

İsrail və HƏMAS-dan açıqlama: Qəzzada atəşkəs davam edəcək!

Bənzər yazılar

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

02 İyun 2026 - 16:12

Çexiyanın paytaxtı Praqanın mərkəzində yerləşən Lusern sarayında (Palac Lucerna) 28 May – Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunan konsert keçirilib....

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

02 İyun 2026 - 12:05

Həm neft-qaz sektorunda, həm də bərpa olunan enerji sahəsində artıq asan əldə edilən imkanların böyük hissəsi istifadə olunub. Bu sahələrdə...

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

16 May 2026 - 00:31

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə 18-24 may...

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

08 May 2026 - 16:55

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultayın keçiriləcəyi tarix məlum olub. Elchi.az xəbər verir ki, idarə heyətinin bugünkü iclasında qurultayın mayın 26-da...

Next Post
İsrail və HƏMAS-dan açıqlama: Qəzzada atəşkəs davam edəcək!

İsrail və HƏMAS-dan açıqlama: Qəzzada atəşkəs davam edəcək!

İsrail və HƏMAS-dan açıqlama: Qəzzada atəşkəs davam edəcək!

İsrail və HƏMAS-dan açıqlama: Qəzzada atəşkəs davam edəcək!

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.