Yunanıstanın xarici işlər naziri Nikos Dendias Liviya paytaxtına çatdıqdan sonra təyyarədən enməkdən imtina edib və geri qayıdıb.
Elchi.az xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Triopoli Dendiasın marşrut siyahısında olmayıb. Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Mənfinin nazirlə görüşmək istəməsindən sonra bu şəhərə səfər edilib.
Amma Dendiası qarşılamaq üçün hava limanına Liviya xarici işlər naziri Necla Nankuş gəlib. Halbuki Dendias əvvəlcədən Liviya hökumətindən kimsə ilə görüşməyəcəyini bəyan etmişdi.
“Nikos Dendiasın Tripoliyə səfəri Liviya Xarici İşlər Nazirliyinin görüşməmək barədə razılaşmanı pozduğu üçün ləğv edilib”, – məlumatda qeyd olunub.
Almaniyada inqilabi qərar: Elektromobillər evləri elektrik enerjisi ilə təmin edəcək
Almaniya Federal Şəbəkə Agentliyi elektromobil sahiblərinə avtomobil batareyalarından evləri qidalandırmaq və elektrik enerjisini şəbəkəyə ötürmək üçün istifadə etməyə icazə verib....





















Son şərhlər