Kuba həkimləri meymunçiçəyinə ilk yoluxma halı qeydə alıblar.
Bu barədə yerli “Cubadebate” xəbər portalı Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, yoluxmuş şəxs avqustun 15-də İtaliyadan ölkəyə gələn turistdir. İki gün sonra onda infeksiya əlamətləri yaranıb və bu, testlərlə təsdiqlənib. Xəstənin vəziyyəti ağırdır.
Meymunçiçəyi nadir virus xəstəliyidir, əsasən vəhşi heyvanlardan insanlara ötürülür. Onun əlamətləri hərarət, başağrısı, əzələ və bel ağrısı, titrəmə və yorğunluq daxildir. Dəri səpkiləri üzdə və bədənin digər hissələrində də yaranır.
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı
Axtarış-xilasetmə qrupları sentyabrın 27-də Himalay dağlarının Himlung Himal zirvəsi (7 126 m) rayonundakı bazaya (4 900 m) qar uçqununun düşməsi...





















Son şərhlər